Ordumuzun reytinqi

Ordumuzun reytinqiAzərbaycan qərarlaşdığı yerə görə postsovet ölkələrini üstələyir.

"Global Firepower Index" reytinqində (globalfirepower.com) Azərbaycan ordusu 50-ci yerdə qərar tutub.

BiG.AZ ANSPRESS-ə istinadən xəbər verir ki, reytinqdə qeyd edilib ki, Azərbaycan ordusunun yüz minlərlə rezerv qüvvəsi mövcuddur.

Ordunun gücü iqtisadi gücdən də asılı olduğu üçün reytinqdə Azərbaycan Respublikasının iqtisadi rəqəmlərinə görə də ordu bal toplayır. Reytinqdə qeyd olunur ki, yeni texnologiyaların istifadəsinə baxmayaraq neft müharibə zamanı hələ də ordunun qanı rolunu itirməyib. Belə ki, reytinqdə qeyd olunan günlük 932 min barrel neft hasilatı, 98 min barrel neft tələbatı, isbat olunmuş 7 milyard barrel neft ehtiyyatı ordunun ballarına əlavə olunur. Reytinqdə Azərbaycan respublikasının müdafiə büdcəsi: $ 3.185 milyard, xarici borc: $ 9.11 milyard, xarici valyuta və qızıl ehtiyatları: $ 11 milyard 280 milyon, alıcılıq qabiliyyəti pariteti: $ 98 milyard 360 milyon kimi rəqəmlərlə qeyd edilib.

Sırf ordu qüvvələrinin rəqəmlərinə gəldikdə isə reytinqə görə 544 tank, 1 864 Zirehli döyüş nəqliyyat vasitələri, 180 özüyeriyən silahlar, 384 artileriya, 266 reaktiv artileriya sistemi Azərbaycan ordusunun balansındadır.

Reytinqdə qeyd edilən hava və dəniz qüvvələrinin rəqəmləri də qürurvericidir. Belə ki, 125 qırıcı təyyarə, 18 sabit hücum təyyarəsi, 54 nəqliyyat təyyarəsi, 19 təlim təyyarəsi, 79 helikopter, 18 hücum helikopteri hava qüvvələrinə aiddir.

Beynəlxalq təşkilatın mütəxəssislərinin qeyd etdiyinə görə ölkəmizin hərbi dəniz qüvvələri təyyarə daşiyan gəmilərdən başqa bütün növ hərbi gəmi vahidlərinə malikdir. Bunlardan ümumi 47 vahid olmaqla, 1 freqat, 4 sualtı qayıq, 23 sahilyani müdafiə qayıqları, 7 minaatan rəsmi olaraq qeyd edilib.

Ümumilikdə 106 ölkənin ordu gücü hesablandığı reytinqdə Ermənistan ümumiyyətlə yer almayıb. Reytinqdə Qazaxstan 80, Belarus 52, Gürcüstan 64, Estoniya 96-cı yer almaqla ABŞ, Rusiya, ÇXR, Hindistan, Böyük Briyaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya ilk onluqdadır.

Qeyd edildiyi kimi reytinqin hazırlanmasında Amerikanın mərkəzi kəşfiyyat idarəsinin CIA.gov, CIA World Factbook və wikipedia.com saytları olmaqla KİV xəbərləri və sair məlumatlardan istifadə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2074   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 168
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 176
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 272
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 165
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 162