Amaliya Pənahova: İnciməsinlər qocalıblar

Amaliya Pənahova: İnciməsinlər qocalıblar"TƏHMİNƏ VƏ ZAUR"UN DAVAMINI ÖZÜM ÇƏKƏCƏM

Xalq artisti Amaliya Pənahova "ATV maqazin" verilişində planlarından danışıb.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, aktrisa ən böyük arzusunun məşhur "Təhminə və Zaur" filmindəki Təhminə obrazını canlandırmaq olduğunu deyib. O, tezliklə bu istəyini reallaşdıracağını bildirib:

"Ürəyimdə Anarın "Təhminə və Zaur"u qalıb. Filmin tamaşasında ilk dəfə bu obrazları Fuad Poladovla mən canlandırmışam. Daha sonra Füzuli Hüseynov oynadı. Anşlaqla keçdi. Zaqafqaziya Teatr Festivalında həmin rollarımıza görə birinci yerə layiq görüldük. Filmi çəkmək üçün Rasim Ocaqov tamaşaya beş dəfə baxdı. Amma məni sınağa dəvət etmədi. Bir dəfə Türkiyədə beynalxalq müsabiqədə olanda bu barədə ona sual verdim. Mənə təriflər yağdırdı ki, siz böyük sənətkarsınız. Dedim, yalan söyləməyin, beş dəfə gəlib tamaşaya baxdınız, heç məni sınağa dəvət etmədiniz.Cavab verdi ki, orada açıq-saçıq səhnələr var idi, onu sənə təklif etməyə qorxdum ki, birdən razı olmazsan. Bildirdim ki, onun da bir həllini tapardıq. Niyə də olmasın, çəkilərdim. İstedadlı ifadan çox şey asılıdır.

Filmin davamını özüm çəkəcəm. Onu məndən başqa hələ heç kim duymayıb. Tərəf müqabilimi də seçəcəm. Eyni səviyyəli təqdimat olacaq. Nə Fəxrəddin Manafova, nə Fuad Poladova, nə də Füzuli Hüseynova Zaur obrazını təklif edəcəm. İnciməsinlər, qocalıblar. Əsərdə Zaur Təhminədən yaşca kiçikdir. Bütün münaqişənin əksəriyyəti onun üzərində qurulmuşdu. Bu zəmanədə isə belə mövzu adidir. Əsərə müasir gözlə baxmaq lazımdır. Onun bütün dövrlərdə uğuru yozumundan asılıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3947   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801