Dostunun arvadına aşiq olan əbədi subay dahi - Böyük sevgilər

Dostunun arvadına aşiq olan əbədi subay dahi - Böyük sevgilərLayihə: "Böyük sevgilər"

Brams Bilkerştrassda yerləşən evin qapısının ağzında dayanmışdı. Açıq pəncərədən fortepiano səsi gəlirdi. Bəlkə vaxtında gəlməyib? Yox, yox, məşhur Robert Şumanla tanışlığı əldən buraxa bilməzdi. Cibindəki rəy məktubunu yoxlayan 20 yaşlı Brams cəsarətini toplayıb, qapının zəngini çaldı.

Şuman qonağını içəri buraxan kimi royalın qarşısında oturdub, ondan nəsə çalmasını xahiş etdi. musiqinin ilk notlarından ev sahibi heyrətlə qışqırdı: "Yox, bunu Klara da dinləməlidir". Eləcə Brams 43 yaşlı Şuman və onun xanımı, məşhur pianoçu Klara ilə tanış oldu.

Brams onların evində oğul kimi qəbul edildi və bir ay qaldı. İohannes sevincindən nə edəcəyini bilmirdi. İşə bax, dahi Şuman onun istedadını tanıyır. Brams Şumana və Klaraya sadəcə pərəstiş edirdi. Klara ərindən 9 yaş kiçik, Bramsdan on dörd yaş böyük idi. Gözəl qadın həm də altı uşaq anası idi. İlk görüş 1853-cü ilin payızında Dusseldorfda baş tutmuşdu. Həmin vaxt heç kim bilməzdi ki, bu görüşün sonu necə olacaq və Şuman üçün nəticə necə faciəli olacaq.

Şumanlar ailəsinin yaranması da böyük çətinliklə başa gəlmişdi. Robert Şuman Klaranı çox sevmişdi. Klara onu daha çox. Amma Klaranın ailəsi onu şübhəli reputasiyası olan bəstəkara vermək istəməmişdi. Həmin vaxt artıq Klara pianoçu kimi məşhur idi. Bütün əziyyətlərə baxmayaraq cütlük evlənə bilmişdi. Lakin Şuman arvadının yanında özünü lazımsız hesab edərək gün-gündən depressiyaya düşürdü. İçindəki yanğını isə yalnız spirtli içki ilə söndürə bilirdi. Sonradan bu bədbəxt ailə Dusseldorfa köçdü. Elə məhz həmin dövrlərdə də onların həyatında daha bir dahi, Brams peyda oldu.

Bramsın uşaqlığı çox kədərli keçmişdi. Beş nəfərdən ibarət ailə Hamburqda pis yer kimi məşhurlaşmış rayonda, çox kasıb evdə yaşayırdılar. Brams hələ uşaq olanda onda musiqi istedadı üzə vurdu. Yeddi yaşında pianoda çalmağa, 9 yaşında isə Eduard Marksendən dərs almağa başladı. Artıq bu balaca pianoçunun şöhrəti hər yerə yayılırdı. 1853-cü ilin aprelində Brams ata evini tərk edərək Almaniyaya səyahətə çıxır. Məhz dostu Yozef İoahim ona Şumanla görüşməyi məsləhət görür və rəy məktubu yazır.

Şumanların evində yaşayarkən əvvəllər Brams Robertin vəziyyətinin ağır olduğunu heç bilmir. Onun bütün fikri Klarada idi. Artıq pərəstiş sevgiyə çevrilirdi. Brams vəziyyətdən çıxa bilmir. Sevgisinə hakim ola bilmədiyi üçün Hannoverə getməyə qərar verir və evi tərk edir. Həmin vaxt Robertin vəziyyəti daha da pisləşmişdi. Onu qarabasmalar və yuxusuzluq narahat edir. Dayanmadan: "Ah Klara, bilirəm ki, sənin sevginə layiq deyiləm. Bilirəm ki, xəstəyəm. Qoy, məni psixiatrik xəstəxanaya aparsınlar". 27 fevral 1854-cü ildə Şuman xalatda və ev ayaqqabılarında evdən qaçır. Yağışın altında Reyn üzərindəki körpüyə gedib, oradan özünü çaya atır. Xoşbəxtlikdən yaxınlıqda olan balıqçılar onu xilas edə bilirlər. İntihardan qabaq Robert evlilik üzüyünü də suya atmışdı. Klaradan tələb edirdi ki, o da üzüyünü suya atsın ki, üzüklər suyun altında birləşsinlər. Şumanı lüks psixiatrik klinikaya yatırırlar. İki otaqlı palatada piano da var idi. Ona gəzintiyə də icazə verirlər. Yalnız bir qadağa vardı: yaxınlarla görüşmək qəti qadağan idi. Klara da ərinin yanına gedə bilmir. Onu yalnız iki il yarım sonra görür. Brams baş verənlər barədə eşidən kimi sevimli qadınının yanına, köməyə tələsir. İohannes nəinki qadına, həm də uşaqlara yardım edir. Lakin Klara ərinə sadiq idi. Bramsa ana kimi yanaşırdı. Lakin zamanla hisslərinin dəyişdiyini başa düşür.

23 iyul 1856-cı ildə Klaraya teleqram gəlir: "Əgər ərinizi diri görmək istəyirsinizsə, təcili gəlin. Klara ilə birlikdə klinikaya gedən Brams sonralar necə dəhşətə gəldiyini yazırdı: "O, gözləri qapalı uzanmışdı. Klara qarşısında diz çökmüşdü. Robert Klaranı tanıdı. Qucaqlamaq istədi, lakin əllərini qaldıra bilmədi. Artıq danışa da bilmirdi". 29 iyul, 1856-cı ildə Robert vəfat etdi.

Məhz elə bu vaxt Bramsla Klaranın münasibətlərində kəskin dönüş yaşanır. Şuman xəstəxanada olarkən Brams tez-tez Klaraya ehtiras dolu, sevgi etiraflı məktublar yazırdı. Şumanın ölümündən sonra çoxlarının fikrincə, Klara ondan evlilik təklifi gözləyirdi. Axı indi azad idi. Amma Robertin ölümündən sonra Bramsın məktubları daha soyuq yazılır. Artıq Brams ona vəfat etmiş dost arvadı kimi yanaşır. 1856-cı ildə Brams Hamburqa qayıtdı və bir daha heç vaxt Şumanların evinə getmədi. Klaranın qəlbi yaralanır.

Brams isə heç vaxt evlənmədi. Ölümünə qədər təkrar edirdi: "Təəssüf ki, heç vaxt evlənməmişəm və çox şükür ki, hələ də evli deyiləm". İohannes Brams 1897-ci ildə vəfat etdi. Klara ondan bir il öncə həyatını dəyişmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 937   Tarix: 18 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724