Aybəniz Haşımovadan Əzizə Mustafazadəyə: "Sən özün paxıl olmusan"

Aybəniz Haşımovadan Əzizə Mustafazadəyə: "Sən özün paxıl olmusan"Azərbaycanın daha iki tanınmış sənətçisi - əməkdar artist, müğənni Aybəniz Haşımova ilə xalq artisti, Azərbaycandan kənarda yaşayan pianoçu Əzizə Mustafazadə arasında qalmaqal yarana bilər.

BiG.AZ Gün.Az-a istinadən xəbər verir ki, buna səbəb tanınmış pianoçunun "ANS"də Mirşahinin müəllifi olduğu "Milli metr" proqramında vaxti ilə bir sinifdə oxuduğu sinif yoldaşlarının ünvanına aşağılayıcı fikirlər səsləndirməsidir.

Qeyd edək ki, Ə. Mustafazadə sinif yoldaşlarını xatırlamaq istəmədiyini deyərək, bunu keçmiş sinif yoldaşlarının ona qarşı paxıllığı ilə izah etməyə çalışıb və bu da öz növbəsində onun sinif, hətta, parta yoldaşı olmuş A. Haşımovanın sərt təpkisi ilə qarşılanıb.

""ANS"də əzizimiz Mirshahin "Milli metr" proqramına baxıram. Təəssüf ki, zamanında baxmamışam. Əzizə Mustafazədə danişir, əslində onu görəndə sevindim və istədim ki, onu dinləyim" - deyə, öz Facebook səhifəsində paylaşdığı son statusunda A. Haşımova sonra qeyd edir ki, cünki öz sinif yoldaşları ücün dogrudan da hərdən cox darıxır.

"Təbii ki, hamısı ücün deyil. Amma sinfimizdə cox sevdiyim şagird yoldaşlarım var idi ki, Alina Belousova, Əziz Qarayusifli, Mehriban Novruzova, Səltənət Tagıyeva kimi dəyərli şagird yoldaşlarımla 6 il bir sinifdə oxumağımdan-oturmagımdan zövq almışam.

Əzizənin isə özüylə eyni partada hətta, əyləşmişəm, özü də neçə illər. Əzizəyə Mirşahin sual verir ki, məktəb yoldaşlarını xatırlayırsanmı,deyir ki, xeyr! Onlar hamısı paxıl idi, onları yadıma da salmaq istəmirəm. İnanın ki, qurudum qaldım...

Bəlkə sən özün paxıl olmusan, onu deyə bilmərəm, amma, bir saniyə belə heç kəsə paxıllıq edəcəyimi aglımdan kecirməmişəm, əgər insanın öz içində soyuqqanlılıq varsa, öz dərdiylə, özü-özüylə qalırsa hər zaman, insanlardan uzaq gəzirsə, axı o kimi tanıya bilər?! O ki qaldı bizim sinfin uşaqlarına, şəxşən mən düşünürəm ki, əzizim Əzizə Mustafazədə, siz sinif yoldaşlarınızı yaxşı tanımaq istəməmisiniz.

İstəsəydiniz görərdiniz ki, onlarin içində insanlıq öyrənəcəyiniz insanlar var idi" -deyə, əməkdar artist statsunda daha sonra qeyd edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2736   Tarix: 20 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3