Hansı xəstəliklər rənglərlə müalicə olunur?

Hansı xəstəliklər rənglərlə müalicə olunur?Hər rəngin öz enerjisi var. Rənglərin enerjisindən faydalanaraq edilən müalicə bir çox xəstəliyə çarə olur.

Rənglərlə müalicə həm asandır, həm də təsiri uzun müddət davam edir.

Bəs rənglərlə hansı xəstəlikləri müalicə etmək olur? Müalicə üçün nə etmək lazımdır?

BiG.AZ saytı Tabloid.Az saytıa istinadən bildirir ki,yalnız rəngli geyinmək və ya evinizi lazım olan rənglərlə dekorasiya etmək nəticə verə bilməz. Nəzərə almaq lazımdır ki, rəng müalicəsi zamanı bədəndə mövcud olan beş elementdən istifadə edilir. Bunlar atəş (qırmızı), torpaq (sarı), hava (mavi), su (yaşıl), səma (açıq mavi) rəngləridir.

Bu rənglərin kombinasiyası və enerjisi ilə bədəndəki xəstəlikləri müalicə etmək mümkündür.

Rənglərin müalicə etdiyi xəstəliklər bunlardır:

Göy: Zəkanı gücləndirir. İnsana cəsarət və daxili dinclik verir. Göz, qulaq, burun müalicəsində də istifadə edilir. Damar (varikoz), sinir sistemi xəstəlikləri, çiban, xora, dəri problemlərində də istifadə etmək mümkündür.

Mavi: Şok keçirən insanlara yaxşı təsir edir. Təlaşlı və qorxmuş insanlara kömək edir. Tez-tez kabus görən insanlar da bu rəngdən istifadə etməlidirlər. Belə ki, yuxudan əvvəl mavi rəngə fokuslanaraq meditasiya etmək kabus görməyin qarşısını alır.

Bənövşəyi: Həddindən artıq duyğulu və aqressiv insanların müalicəsi üçün uyğundur. Həmçinin iştahanı azaldır və arıqlamağa kömək edir.

Yaşıl: Stressi azaldar. Ürək problemi olan insanlara yaxşı təsir edir. Qırıq sümüklərin toxumasının təkrar böyüməsini sürətləndirir. Hamilə qadınlara tövsiyə edilir.

Narıncı: Enerji verir. Öd daşı, həzm sistemi problemləri, döş ağrılarında təsirlidir. Tənha və depressiyadan əziyyət çəkən insanların daxilən rahatlaşmasına kömək edir.

Sarı: Zəkanı gücləndirir. İnsanlara xoşbəxtlik aşılayır. Həzm sistemini sürətləndirir. Dəri problemlərini müalicə etməkdə faydalıdır.

Qırmızı: adrenalin ifrazını çoxaldır. İnsanın özünü daha güclü hiss etməsinə kömək edir. Anemiya və digər qan xəstəliklərindən şikayətçi olanlara qırmızı rəngli paltar geyinmək tövsiyə olunur.

Rənglərlə müalicənin müxtəlif üsulları var. Bu üsullardan ən qəribəsi isə belədir:

Rəngli şüşələri xəstənin probleminə görə seçib həmin şüşənin 4/3-ü su ilə, geri qalan qismini isə hava ilə doldururlar. Bu şüşəni 72 saat günəş işığından qorumaq lazımdır. Daha sonra 15 dəqiqə gün işığına tutulmalıdır. Beləliklə, Günəş şüası rəngli şüşədən keçərək hava və su ilə birləşir, nəticədə enerji və rəngin vibrasiyalarını kombinə edir. Daha sonra xəstə şüşənin içindəki suyu içməlidir. Terapiyanın təsirini gücləndirmək üçün lazım olan rənglərdə geyinmək və həmin rəngdə olan qidalardan istifadə etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1532   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 937
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 345
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 806
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 1062
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 289
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1085
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 730
.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyay

28.04.2024 355
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1332