Müğənnilərdən kimlər oruc tutur? - SORĞU

Müğənnilərdən kimlər oruc tutur? - SORĞUƏli Mirəliyev: "Mən il boyu orucam"; Elariz Məmmədoğlu: "6 ildən çoxdur ki, hər il oruc tuturam"

Baloğlan Əşrəfov: "Elə edirəm ki, bu ayda savab işlər görüm"

11 ayın sultanı adlandırılan Ramazan ayı ən müqəddəs ay hesab olunur. Bu ayda insanlar oruc tutur, namaz qılır, savab işlər görməyə çalışırlar. Maraqlıdır, müğənnilərimizdən bu ayda oruc tutan, savab işlər görən varmı? Bunu öyrənmək üçün bir neçə müğənniyə telefon açdıq.

Müğənni Əli Mirəliyev il boyu oruc olduğunu dedi: "Mən il boyu orucam. Səhərlər və gündüzlər çörək yemirəm. Axşam saat 10-12 arası yemək yeyirəm. Neçə illərdir bu belədir. Elə adamlar var ki, oruc tutduqlarını deyirlər, amma bütün günü yeyirlər. Mənim yaxın bir xanım dostum var. Bir dəfə oruc tutmuşdu. Günorta saatlarına yaxın maşın bazarına getmişdik. Orada da yaxşı kabab bişirirlər. Həmin xanım onun iyini hiss edən kimi mənə dedi ki, get mənə kabab al. Dedim ki, sən oruc deyilsən?! Dedi ki, yox, mənə 2 pors kabab al. Gedib ona 5 pors kabab aldım və dedim ki, sənin tutduğun oruc başına dəysin".

Müğənni Elariz Məmmədoğlu 6 ildən çoxdur ki, oruc tutduğunu dedi: "Oruc tutanda aclıqdan bir dəfə ürəyim getdi. Bundan sonra 1-2 gün tutmadım. Amma sonra yenə tutdum. Ürəyimin getməyinin də günahı özümdə idi. Çünki səhər yemək yeməmişdim. Artıq 6 ildən çoxdur ki, hər il oruc tuturam".

Əməkdar artist Baloğlan Əşrəfov isə səhhəti ilə əlaqədar oruc tuta bilmədiyini dedi: "Mən illər əvvəl çox böyük bir əməliyyat keçirdim. Qara ciyərim dəyişildi. Bununla bağlı elə vaxt olur ki, dərman atmalı oluram. Buna görə də həkimlər mənə oruc tutmağa icazə vermirlər. Amma bütün oruc tutanlara demək istəyirəm ki, Allah onların oruclarını, qıldıqları namazı qəbul eləsin. Bu insanların hər birinə böyük hörmət və məhəbbətlə yanaşıram. Elə edirəm ki, bu ayda savab işlər görüm. Mən oruc tutan yaxınlarıma, dostlarıma iftar süfrəsi açıram".

Əməkdar artist Azərin də oruc tutanlar sırasındadır. Müğənninin köməkçisi Cavid Abidov Azərin xanımın hər il oruc tutduğunu dedi: "Mən 2000-ci ildən ki, Azərin xanımla birlikdə işləyirəm. Mən onu tanıyandan hər il oruc tutur".

Müğənni Xatirə İslam isə "Üç nöqtə"yə açıqlamasında oruc tutduğunu bildirib: "Yalnız Ramazan ayında deyil, bütün aylarda günah etməməyə çalışıram. İnsan həmişə savab işlər görməli və yaxşılıq etməlidir".

Əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov Tünzalə Ağayevanın hər il oruc tutduğunu dedi.

Gənc müğənni Elvin Abdullayev də "Üç nöqtə"yə açıqlamasında oruc tutduğunu bildirib: "Bu müqəddəs ayda oruc tuturam. Nəinki orucluqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün ramazan ayını gözləmək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2529   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964