Virtual sevgidə nələr önəmli deyil ?

Virtual sevgidə nələr önəmli deyil ?Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və cəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə – bu elə virtual sevgi deməkdir.

Müsbət tərəfləri:

1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.

2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.

3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən təbii ola bilərsiniz.
4. Onunla istənilən mövzunu on-layn müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.

5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olacaqsınız.

6. Ən əsası – əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəcə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə futbolkanızı geyinib klaviaturada necə cazibədar və valehedci olduğunuzu yaza bilərsiniz.

7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa,real ünsiyyəti əvəz edir.

8. İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xarijdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox yaxşı imkanlar yaradır.

9. Kiminlə danışmağa və münasibət qurmağa özünüz qərar verirsiniz. Adətən tanışlıq saytları geniş seçim imkanı verir, sizə yalnız ürəyinizə yatanı seçmək qalır.

10. Münasibətlərinizi tədrijən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımi anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə,fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir.

Mənfi tərəfləri:

1. Virtual obraza vurulan insan, daim öz qəhrəmanının xəyalıyla sanki virtual, uydurulmuş aləmdə yaşayır. Real insanlar,real hadisələr isə həyatında ikinci, hətta üçünjü dərəjəli rol oynayır.

2. Hər an ola bilər ki, çox gözəl şahzadə keçəl, barmağında nişan üzüyü olan «day-day», nəzakətli xəyalpərəst isə tatuirovkalı roker olsun. Hər halda real insan xəyalınızda canlandırdığınız obrazdan uzaq olacaq. Belə ki, bizim təxəyyülümüzdə ideal bir obraz formalaşır,heç bir real kişi isə idealla rəqabət apara bilməz.

3. Həmsöhbətiniz sizdən min kilometr uzaqda – başqa şəhərdə və ya başqa ölkədə yaşaya bilər. Onunla görüşmək sizin üçün əsl problemə çevriləjək.

4. Və hadisələrin ən təhlükəli dönüşü: siz internetdən asılı vəziyyətə düşə bilərsiniz və onda real həyat virtualla müqayisədə sizin üçün daha az önəm kəsb edəcək.

5. Subaylıqda vaxtının çoxunu tanışlıq saytlarında, chat-da keçirənlər ailə həyatı qurandan sonra bu vərdişlərindən əl çəkə bilmirlər. Həyat yoldaşı ola-ola yeni tanışlıqlar qurur,başqaları ilə ünsiyyət yaradırlar. Bunun da xəyanətdən demək olar ki,fərqi yoxdur.

6. Bəziləri internetə əylənjə kimi baxırlar. Onlar ciddi sevgi axtarışında olmurlar. Belə bir insanla uzun müddət münasibət qurub ona bağlana bilərsiniz. O isə sizin hisslərinizlə oynaya bilər.

7. On-line dostunuz haqqında yalnız onun təqdim etdiyi məlumatları əldə edəcəksiniz. Bunların yalnış və ya doğru olduğunu yoxlamağa imkanınız olmayacaq.

8. Əgər nəyisə düşünmədən və sadəcə zarafat xatirinə yazıb göndərmisinizsə və bu da qarşıdakı tərəfin xətrinə dəyibsə, özünüzə bəraət qazandırmaq çətin məsələ olacaq. Belə ki, virtual aləmdə hissləri, emosiyaları ötürmək çox çətindir. Yenə də yaxşı ki,smaylikləri kəşf ediblər.

9. Britaniya alimləri müəyyənləşdiriblər ki, internet-yazışmada biz insanı sadəcə 3%, real görüşdə isə verbal nitqdən istifadə olunmasa belə 70% tanıya bilərik. Baxış, hərəkətlər və hətta qoxudan çox şey öyrənmək mümkündür.

10. İnternetdə elə birinə rast gələrsiniz ki, o sizin şəkillərinizi, haqqınızda bəzi məlumatları dostlarına yayar.Ona görə də ehtiyatlı olmaq lazımdır.

Nəticədə sonuncu məsləhət: «Virtual romanları ürəyinizə salmayın». Əslində biz hər şeyi çox gözəl anlayırıq. Axı adi həyatda internetdə olduğu kimi söhbət etmirik. Hər halda diskotekada sevgilinizlə Afrikadakı aclığı müzakirə etməyəcəksiniz ki?
Əlbəttə, chat-da real sevgini tapma şansları da böyükdür. Ancaq yaxşı olar ki, kompüteri söndürüb bayıra çıxasınız və monitordan qızarmış gözlərlə sizi əhatə edən aləmə baxasınız. Bəlkə də real şahzadənizi tapdınız, nə bilmək olar!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7023   Tarix: 05 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329