MTRŞ-dan azan qadağası ilə bağlı Açıqlama

MTRŞ-dan azan qadağası ilə bağlı AçıqlamaAzərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası efirində Ramazan ayında azanın səsləndirilməsinin qadağan olunmasına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, MTRŞ sədri N.Məhərrəmli publika.az-a açıqlamasında deyib ki, Azərbaycan dünyəvi ölkədir və burada kim nə istəyirsə, onu edə bilməz. "Azanlar yalnız dini ibadət edilən binalarda, yerlərdə olmalıdır. Yoxsa ki hər kəs öz evində, televiziya kanalında, radiosunda və sairə azan verməli deyil. Ümumiyyətlə, bu məsələni jurnalistlər də anlayışla qarşılamalıdır. Yəni, bu məsələni lazım olmayan formada işıqlandırmaq bütövlükdə heç kəsə faydalı deyil. Yaxşı olar ki, azan ancaq dini ibadət olan yerlərdə, o cümlədən məscidlərdə verilsin. Yoxsa sabah kim harda istəsə, azan verər. Bu isə düzgün deyil".

Xatırladaq ki, sözügedən məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli AzNews.az-a açıqlmasında deyib ki, İslam dinin atributu olan azanın Ramazan ayında ANS kanalında səsləndirilməsi təmin olunacaq: "Azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir. Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm".

Məsələ ilə bağlı ANS tərəfi hələlik mövqeyini bildirməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1089   Tarix: 05 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 0
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 200
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 194
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 194
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 5470
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1308