"İnter" ilk dəfə "Birlik kuboku"nun qalibi oldu! (İnter-6:5-Şaxtyor)

Bu gün "Birlik kuboku" turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XIX ənənəvi yarışın finalında Azərbaycan çempionu "İnter" Belarusun gümüş medalçısı "Şaxtyor"a qalib gələrək, ilk dəfə turnirin qalibi olub.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən, hərəsi 10 dəqiqə olmaqla əlavə vaxt təyin edilib. Ancaq həmin 20 dəqiqəlik mübarizədə də hesab açılmayıb. Belə olan halda, oyun sonrası penaltilər təyin edilib. Hər komanda 5 zərbənin 2-ni qeyri-dəqiq yerinə yetirib. Komandamızda gürcü müdafiəçi İlya Kandelaki ilə bolqar yarımmüdafiəçi Petar Zlatinov qapıçı ilə dueldən qalib ayrıla bilməyib. Rəqib son zərbəni dəqiq vurmaqla, turnirin qalibi olmaq şansına malik olsa da, gürcü qapıçımız Georgi Lomaya zərbəni qaytarmaqla, buna imkan verməyib. Əlavə zərbələlərin üçüncüsündə belaruslu futbolçunun əsəbləri tarıma çəkilərək, zərbəni yana vurub. Bununla da "Birlik kuboku"nun 3-cü dəfə Bakıya gəlməsi reallaşıb.
Qeyd edək ki, "İnter"ə qədər 2006-cı ildə "Neftçi" Moskvada, 2 il sonra "Xəzər Lənkəran" Sankt-Peterburqda turnirin qalibi olub.

"Birlik kuboku"

Final
"İnter" (Azərbaycan) – "Şaxtyor" (Belarus) 0:0 (Penaltilərlə - 6:5)

Peterburq İdman Konsert Kompleksi

İNTER: Lomaya, Daşdəmirov, Abramidze, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov (Əmiraslanov, 46), Obikadze, Karlsons.

ŞAXTYOR: Kurskis, Kolomıç, Çeledinski, Yanuşkeviç, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.

Oyun sonrası penaltilər seriyası

Karlson (1:0)
Sitko (1:1)
Assioli (2:1)
Rojkov (2:1)
Çervenka (3:1)
Belous (3:2)
Kandelaki (3:2)
Kolomıts (3:3)
Zlatinov (3:3)
Polyakov (3:3)
Çertoqanov (4:3)
Kurskis (4:4)
Levin (5:4)
Leonçik (5:5)
Mjavanadze (6:5)
Qrenkov (6:5)

TƏBRİKLƏR !!!

BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4314   Tarix: 23 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232