Milli Elmlər Akademiyasında 3 yeni institut yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb.
Bu barədə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda qərar qəbul olunub. Belə ki, yeni yaradılan institutlar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutudur.
BiG.AZ Movqe.az-a istinadən xəbər verir ki, Yığıncaqda çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son illər biologiyanın sürətli inkişafı molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi kimi bir çox yeni elm istiqamətləri və sahələrinin yaranmasına zəmin yaradıb.
Onun sözlərinə görə, yeni elm sahələrinin inkişafı başqa elm sahələrinə təkan verib: "Bu, xüsusilə təbabət, kənd təsərrüfatı, aqrar sahə, informasiyanın inkişafına təkan verib. Bu gün bu sahədə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, pərakəndə elmi tədqiqat işlərinin bir yerdə koordinasiya etmək və kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün AMEA-nın Botanika İnstitutunun nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılması məqsədəuyğundur. Yeni institutun yaradılması bu sahədə elmi tədqiqatların daha effektiv, yüksək səviyyədə aparılmasına kömək edəcək".
Akademiyada yeni yaradılan digər iki institut - Elm Tarixi və Dünya Siyasəti institutları barədə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.
Ümumi Yığıncaqda aparılan müzakirələrdən sonra AMEA-da hər 3 institutun yaradılması təsdiq olunub.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1299 Tarix: 01 iyul 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşUelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb
Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub
25.04.2024 183 İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub
İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind
25.04.2024 198 Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb
25.04.2024 333 O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO
Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub
25.04.2024 829 Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil
"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa
25.04.2024 153 Millət vəkilinə ağır itki
Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub
25.04.2024 544 İnfarkt riskini sıfıra endirən şirə
Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri
25.04.2024 474 "Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY
Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo
25.04.2024 343 İsrail əsgərləri 12 fələstinlini əsir götürüb
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib
25.04.2024 196