Kökəlmək istəyənlər üçün ən düzgün yollar
Kökəlməyə başladığımız zaman çox vaxt bunun səbəbini qidalanmağımızda axtarır, yeməyimizi azaltmağa başlayırıq. Amma artıq çəkinin yeganə səbəbi çox yemək deyil. Bu dəfə sizə kökəlməyimizə səbəb olacaq digər zərərli nüanslar haqqında məlumat vermək istəyirik. Oxuyun və ideal bədən quruluşuna sahib olmağınıza mane törədən bu kimi vərdişlərdən uzaq durmağa çalışın.
Depressiya
Mütəxəssislər belə hesab edirlər ki, depressiyada olan insanlar digərlərinə nisbətən kökəlməyə daha meyilli olurlar. Bunun əsas səbəbi onların gün ərzində daha çox yağlı və şirin yeməklərə üstünlük verməsidir.
Kökəlməyimizə səbəb olan digər bir amil isə istifadə etdiyimiz depressiya əleyhinə dərmanlardır. Bu dərmanlardan həkim məsləhəti ilə istifadə etsəniz, belə müalicənin sonunda 5-10 kiloqram artıq çəki ala biləcəyinizi əvəlcədən bilməlisiniz. Depressiyanın bu cür fəsadları ilə qarşılaşmaq istəməyən şəxslərə həkimlər dost və ailə ilə daha çox vaxt keçirməyi, yorucu iş rejimində çalışdıqları zaman mütəmadi olaraq özlərinə vaxt ayırmağı məsləhət görürlər.
İstifadə etdiyiniz dərmanlar
Siz o qədər də əhəmiyyət verməsəniz belə, bəzən istifadə etdiyiniz yanlış dərmanlar səhhəttinizdə sağalmayan yaralar aça bilər. Mütəxəssislər bildirirlər ki, artıq çəkidən şikayətlənməyimizin əsas səbəblərindən biri də həkim məsləhəti olmadan istifadə etdiyimiz dərmanlardır. Xüsusən də qadınların istifadə etdiyi hamiləliyə qarşı dərmanlar, hormon pozuntuları ilə əlaqədar istifadə edilən həblər və qan xəstəlikləri ilə bağlı istifadə edilən dərmanların əsas yan təsirlərindən biri də kökəlməyimizə vasitə olmasıdır.Həzm problemləri
Bağırsaqların işindəki nasazlıq həzm problemlərinin yaranmasına səbəb olur. Adi halda yemək yedikdən bir saat sonra bağırsaqlar işləməyə başlayır. Əgər siz bağırsaqlarınızın düzgün işləmədiyini düşünürsünüzsə, çox güman ki, bunun əsas səbəbi bədəninizdə yetərincə su olmaması və lif əksikliyidir. Bunun üçün mütəxəssislər lifli qidalara daha çox üstünlük verməyinizi və gün ərzində çoxlu su içməyinizi məsləhət görürlər. Əgər belə etdiyiniz halda da bu problemi həll edə bilməsəniz, o zaman həkimə müraciət etməyiniz tövsiyyə olunur. Əks halda bütün bu həzm pozuntuları xarici görünüşünüzün heç vaxt arzulamadığınız forma almağına səbəb olacaq.
Vitamin əksikliyi
Orqanizmdə D vitamini, maqnezium və ya dəmir çatışmazlığı immunitet sistemini zəiflədir, bu isə maddələr mübadiləsini ləngidir. Orqanizmin hər hansı bir funksiyasının zəifləməsi dolayısı ilə digər funksiyaların da pozulmasına səbəb olur. Bu zaman mütəxəssislər bol miqdarda ispanaq, süd badam, karbohidronat tərkibli yeməklərə üstünlük verməyinizi məsləhət görürlər.
Yaşın artması
Yaşın artması özü ilə birlikdə sizə bir neçə problem yaradacaq. Bu zaman təbii olaraq orqanizminizdə maddələr mübadiləsi pozulacaq. Bunun üçün əsas lazım olan gün ərzində daha çox hərəkət etmək və qidalanmağınıza fikir verməyinizdir. Qidalanmağınıza fikir vermədiyiniz halda tez zamanda artıq çəkilərdən qurtulmaq barədə düşünəcəksiniz.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3484 Tarix: 01 iyul 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877