Məhəmməd Füzuli

Məhəmməd FüzuliHəyatı:

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

Yaradıcılığı:
Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Əsərləri:

"Səhhət və Mərəz" - farsca və nəsrlə yazılmış alleqorik əsər.
"Rindü Zahid" - farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.
"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) - şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
"Hədisi ərbəin tərcüməsi"
"Mətləül e`tiqad"

Məşhur Qəzəlləri:
"Məni candan usandırdı"
"Söz"
"Olsaydı məndəki qəm"
"Yetər ey fələk"
"Tutuşdu qəm oduna"
"Pənbeyi-daği-cünun"
"Keç"
"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"

Çap olunan kitabları:
"Leyli və Məcnun" Bakı, Uşaqgəncnəşr-1958


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 31142   Tarix: 30 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Bloomberg": Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib

Rusiya əmək bazarındakı böhran fonunda Hindistan, Şri-Lanka və digər Asiya ölkələrinə rekord sayda işçi üçün müraciət edib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, 2025-ci ildə Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə 240 mindən çox iş icazəs

16:30 0
.

Vaşinqtondan Tehrana mesaj: Uitkoff və Kuşner İranla danışıqlardan sonra ABŞ aviadaşıyıcısına baş çəkiblər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlardan sonra Ərəbistan dənizindəki "USS Abraham Lincoln" aviadaşıyıcısına baş çəkiblər. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid öz sosial şəbəkə hesabında yazı

14:50 12
.

Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib

Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə

19:00 0
.

Qızıl və gümüş yenidən BAHALAŞDDI

Dünya bazarında qızıl və gümüş yenidən bahalaşıb. BİG.AZ -a istinadən bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 90,3 dollar artaraq 4 979,8 dollar təşkil edib. Gümüş isə 0,18 dollar artaraq 76,9 dollara bərabər olub. Qeyd edək ki, 2026-cı ilin fevral ayı üçü

20:10 0
.

Rusiyada morqda dəhşətli hadisə: Mərhumların bədən hissələri satılıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən xəstəxana morqundan bioloji materialların kommersiya şirkətlərinə təcrübələr üçün qanunsuz şəkildə satılması ilə bağlı sxem hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib. "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyini

17:30 0
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 141,833 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,8 % azdır. Yanvarda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,8 %-ni təşkil edib

17:40 0
.

Zelenski: Bu müharibəni bitirməli olan məhz Rusiyadır

Bu müharibəni Ukrayna başlatmayıb və onu bitirməli olan məhz Rusiyadır. "Report"un məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski Moskva ilə Kiyev arasında münaqişənin həlli üzrə danışıqlar komandasının hesabatından sonra öz "Telegram" kanalında yazıb. "Ukraynaya nətic

11:30 133
.

Tramp İranla danışıqları qiymətləndirdi: "Onlar saziş bağlamaq istəyirlər"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla məhsuldar danışıqlar aparıb və Tehran saziş bağlamağa hazırdır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. "Biz, həmçinin İran üzrə çox yaxşı danışıqlar apardıq. Görünür, İran saziş bağlamağı çox istəyir"

12:00 132
.

ABŞ-nin İsraildəki səfiri: Tramp İranla ziddiyyətlərin sülh yolu ilə həllini istəyir

ABŞ Prezidenti Donald Tramp Tehranla ziddiyyətlərin sülh yolu ilə nizamlanmasında maraqlıdır. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Fox News" telekanalına müsahibəsində bildirib. "Düşünürəm ki, o Tramp - red, əslində, sülh yolu ilə nəticələnməsin

14:20 70
.

TOP MP3