İnter rusları darmadağın elədi:İnter (Azərbaycan) -5:0- Zenit (Rusiya)

İnter rusları darmadağın elədi:İnter (Azərbaycan) -5:0- Zenit (Rusiya)90- Matç başa çatdı. "İnter" Birlik Kubokunun finalına çıxdı!

87 - Oyun "İnter"in müdafiəsi və "Zenit"in hücumları şəraitində davam edir. Sankt-Peterburq klubunun gənclərdən ibarət heyəti deyəsən, oyunu qolsuz başa vurasıdır.

Lomayanın əvəzinə Ağayev meydana çıxır.

70 - Zaytsev topu Yeqorovun zərbəsindən sonra qaytarır.

68 - Odikadzenin yerinə çıxmış Rövşən Əmiraslanov 5-ci qolu VURUR!!!

63 - "Zenit"in yeni hücumu. Rusiyalıların oyunu alınmır.

62 - "İnter"in məşqçiləri kobud səhvə yol verirlər. Lomaya top uğrunda mübarizədə Matyaşı qabaqlayır. "İnter"in baş məşqçisi Sxadadze müdafiəçilərə narazılığını bildirir.

59- "İnter"in baş məşqçisinin oğlu Sxadadze vurur, top qapı dirəyinin üstündən keçir.

59 - Batovun yerinə Panfilov çıxır

55 - "İnter"də üç əvəzləmə var. Karlsonsun yerinə Mjavanadze, Zlatinovun yerinə Sxadadze, Levinin yerinə isə Assioli meydana buraxılır.

53 - "İnter" hücuma keçir. Zlatinov topu sağdan cərimə xəttinə tərəf vurur. Çertoqanov topu başı ilə arxaya, Karlonsa tərəf atır. "İnter"in 20 nömrəli oyunçusu vurur və QOL!

50 - Suşkin sağ cinahda komanda yoldaşlarının hücumunu dəstəkləməyə çalışaraq topu sola vurur, amma səhv edir. "İnter" topa yiyələnsə də, irəliləyə bilmədi.

İkinci hissə başlandı.

----

18.07

Maraqlıdır, birinci hissədə çoxsaylı əvəzləmələr oldu. Di gəl, baş hakim Karasyov əsas vaxta bir saniyə də əlavə etmədi. Bəlkə ikinci hissənin sonunda əlavə dəqiqələr "peyda" olacaq?!
45 - Kirill Kostin çox kobud davrandığı üçün qırmızı vərəqə ilə cəzalandırılır. Birinci hissə 3:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.

40 - Orikadze sağ cinahda sürət yığır, rahat şəkildə irəliləyir, "Zenit"in cərimə meydançasına vurur. Amma "İnter"in oyunçuları bu zərbədən yararlana bilmirlər.

39 - Oyunun tempi aşağı düşüb. Axsayan Çertoqanov meydanı tərk edir. Sirotovun əvəzinə meydana Şuvalov buraxılır.

37 - Suşkin sağ cinahda Kruqlova qarşı kobud oynayır. Karasyov onu çağıraraq, sakitləşməsini istəyir.

37 - "Zenit" aramsız olaraq "İnter"in qapısına yol arayır

32 - Odikadze hesabı elə birinci hissədə 4:0 edə bilərdi. Əfsus ki, zərbə dəqiq deyil.

31 - Çertoqanov sarı vərəqə ilə cəzalandırılır

30 - Petrovun yerinə Moqileviç, Murixinin yerinə Sıqanov meydana çıxır

28 - Batov "İnter"in qapısına güclü zərbə endirir. Onun zərbəsi dəqiq olmur

27 - "Zenit"in cərimə zərbəsindən yolladığı top "İnter"in "canlı divar"ına dəyir

27 - Levinə sarı vərəqə göstərilir

23 -"Zenit"in hücumu təhlükəli ialına bilərdi. Amma "İnter"in müdafiəsi yaxşı oynayır.

20 - Çertoqanov vurur, top "Zenit"in qapı dirəyinin yanından keçir.

17 - Kayukov Çeminavanı əvəzləyir.

15 - "İnter" 3-cü qolunu VURDU! 3-cü qolu Karlsons vurdu!!!

14 - "Zenit" komandamızın müdafiə xəttində zəif mövqelər arayır.

12 - "İnter" hesabda irəlidədir. "Zenit", deyəsən, sürətli əks-hücuma hazırlaşır.

10 - "İnter" sakit və aramla oynayır. Çervenka "Zenit"in rəqibə meydançasına şığıyıb girsə də, zərbəsi dəqiq olmadı.

7 - "İnter" İKİNCİ QOLU VURUR! Bravo, Zlatinov!

4 - "Zenit" cavab topunu vurmağa çalışır
2- Karlsons ilk qolu vurdu! "İnter" hesabda irəlidədir!

Sankt-Peterburqda təşkil olunan turnirin ilk yarımfinal oyunu saat 18:00-da başlayıb.

Matçın gedişində baş verəcək bütün maraqlı məqamlarla saytımız vasitəsilə xəbər tuta biləcəksiz.

Birlik Kuboku
Yarımfinal
21 yanvar

İNTER - ZENİT - 5:0

Baş hakim: Sergey Karasyov
Tamaşaçılar: 3 min nəfər
Qollar: Qirts Karlsons, 2,15,53 Peter Zlatinov, 7, Rövşən Əmiraslanov, 68

Peterburq İdman Konsert Kompleksi. Saat 18.00.

İNTER - ZENİT - 5:0 (3:0)
QOL: Karlsons, 2 (1:0), Zlatinov, 7 (2:0), Karlsons, 15 (3:0), Karlsons, 53 (4:0), Əmiraslanov, 68 (5:0)

İNTER: Lomaya (Ağayev, 72), Daşdəmirov, Abramidze, Levin (Assioli, 55), Kandelaki, Çertoqanov (Rəhimov, 46), Çervenka, Zlatinov (Sxadadze, 55), Kruqlov (Yeqorov, 46), Obikadze (Əmiraslanov, 64), Karlsons (Mjavanadze, 55).
Ehtiyat oyunçular: Sxaradze, Rəhimov, Yeqorov, Mjavanadze, Ağayev, Assioli, Əmiraslanov

ZENİT: Zayçev, Batov (Panfilov, 59), Murixin (Çıqanov, 30), S.Petrov, A.Petrov (Moqileviç, 30), Sirotov (Şuvalov, 39), Suşkin (Zinkov, 69), Telegin, Çeminava (Kayukov, 17), Matyaş, Kostin.
Ehtiyat oyunçular: Baburin, Zinkov, Panfilov, Kayukov, Sıqanov, Moqilevets, Şuvalov

TƏBRİKLƏR !!!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3372   Tarix: 21 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349