Köhnə avtomobillər bahalaşdı
Rusiya istehsalı avtomobillərin satışı yenidən canlanıb.
Bankların kredit və lizinq şərtlərini sərtləşdirməsi, eyni zamanda Azərbaycana istehsal ili köhnə olan maşınların gətirilməsinin qadağan olunması maşın bazarında böhranlı vəziyyətin yaranmasına səbəb olub. Avtomobil salonları, maşın satışı ilə məşğul olan sahibkarlar hələlik çıxış yolu tapa bilmirlər. Nəticədə köhnə maşınların qiyməti qalxır, müştəri qıtlığı yaranır.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən Avtomobillərin Satış Mərkəzinin satış meneceri Vüsalın sözlərinə görə, bir müddət öncə avtomobil bazarının dirçəldilməsi məqsədi ilə atılan addımlar bir nəticə verməyib:
"Bu ilin yanvarından etibarən maşın bazarında alver demək olar ki, ölüb. Nədənsə, hələ də dövlət bu böhranlı vəziyyətdən çıxış yolunu axtarmır. Deyəsən, heç buna maraqlı da deyillər".
Bazardakı satıcıların sözlərinə görə, Rusiya istehsalı avtomobillərin satışı yenidən canlanıb.
Satıcı Camalın sözlərinə görə, "Priora", "VAZ 21015", "Niva" kimi maşınlara tələbat artıb.
Bunun səbəbini satıcı İslam bu cür əsaslandırdı:
"Benzinin qiyməti qalxan gündən satış nisbətən canlanıb. Rusiya istehsalı olan yeni maşınlar ekonom sinfə aiddir. Məsələn, 1,6 litrlik "Priora" 100 kilometrə şəhərdaxili 9-10, magistralda isə 7-8 litr benzin sərf edir. Maşınları həm bank yolu, həm də salondaxili kredit şərtləri ilə satırıq".
Satıcı ilə söhbət əsnasında öyrəndik ki, bazar rəhbərliyi yer haqlarını 300-1000 manat arası qaldırıb:
"Nizami rayonunda ehtiyat hissələrinin satıldığı bazarda bu yaxınlarda yer haqları qaldırıldı. 5-6 gün sonra burda da qiymətlər səbəbsiz və qəfil qaldırıldı. Əvvəllər aylıq 1000 manat verdiyimiz yerə indi bizdən 1500 manat alırlar. Bəzən elə olur ki, 4-5 ay bircə maşın da sata bilmirik. Onda yer haqqını da ödəyə bilmirik".
Bazar günü olduğundan öz maşınını bazara gətirib satmaq istəyənlər kifayət qədər idi. Maşını satmaq məqsədi ilə bazara gətirənlərdən 15 manat yığılır. Satıcılardan onu da öyrəndik ki, bazar günü işbazlar burada maşın saxlamağın qiymətini 20-30 manata kimi qaldırır. Onlar bunun səbəbini həftə sonu bazara maşın gətirənlərin həddindən çox olması ilə izah edirlər.
Bazarda "Mercedes" (C 240) 2002-ci il - 17500 dollar, "Volkswagen (Touareg) 2004-cü il - 26000 dollar, "Fiat (Albea) 2006-cı il - 7600 dollar, "Mercedes" (E 500) 2002-ci il - 25000 dollar, "Mercedes (E 240) 2000-ci il - 18900 dollar, "Crysler" (300 C) 2005-ci il - 25000 dollar, "Opel" (Astra) 1999-cı il - 9200 dollardan başlayan qiymətlərlə satılır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5001 Tarix: 25 iyun 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942