Qulaqcığın ağlınıza gəlməyən təhlükələri
Həkimlər mütammadi olaraq qulaqcıqdan istifadə edənlərin əsəblərinin sıradan çıxır
Bu gün istər gənclərin, istərsə də böyüklərin əyləncəsini musiqini qulaqcıqla dinləmək təşkil edir.
Daha çox gənclərin gündəlik istifadə etdiyi qulaqcıqların onların səhhəti üçün nə qədər ziyan olduğunu yəqin ki, heç birimiz bilmirik. Əslində bu vasitə ilə musiqi və ya radio dinləyən şəxslər bunu istəyərəkdən edtdiklərini desələr də, bəziləri sadəcə özünü kiməsə bənzətmək üçün həmin yolu seçdiklərini görürük. Amma bu cür vərdişin sonra sizi ən əzizlərinizin belə səsinə həsrət qoyacağını bilsəydiniz, yəqin ki, bu addımı atmazdız.
Həkimlər mütammadi olaraq qulaqcıqdan istifadə edənlərin əsəblərinin sıradan çıxması ilə yanaşı, eşitmə qabliyyətinin də tamami ilə itməsinə səbəb olacağını istisna etmir.
Psixoloq Aidə Nəbiyevanın araşdırmasına əsasən, bu cür vərdişlər daha çox gənclərdə olur və onların psixoloji yardıma ehtiyaycı var. "İnsanlar musiqini sevdiklərini desələrdə, amma bilmirlər ki, özlərini mühitdən təcrid edirlər."
Öz övladında belə bir vərdişi müşahidə edən ana, övladını bu yoldan çəkindirmək üçün ona qarşı tədbirlər görməlidir. Bu tənqidi üsul yox, mülayim şəkildə söhbətlərlə həyata keçirilməlidir. Əgər bu da öz faydasını vermədikdə, psixoloqa müracəit etmək mütləqdir.
Gəncin ətraf mühitdən, ailəsindən təcrid olması sonda onun özünü də unutmasına səbəb ola bilər. Qulağında qulaqcıq olan şəxs ətrafdakı səsləri eşitmədiyindən öz həyatını belə düşünmədən təhlükəyə atır.
Ötən ilin avqustunda İmran Lələyev iş axtarmaq məqsədilə Koroğlu metrostansiyası istiqamətində dəmiryoluna tərəf çıxarkən qulağında qulaqcıq olduğundan arxasından yüksək sürətlə gələn qatarın səsini eşitməmiş nəticədə hər iki ayağından olmuşdu. Hadisədən sonra əlini qatardan tutub qalxmaq istəsə də ayaqları sözünə baxmayıb. Onu qan içində xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində İmran həyata qaytarılsa da ayaqlarını bərpa etmək mümkün olmayıb.
Belə faktların sayı isə nə birdir nə də iki.
Odur ki, İmran kimi ayaqalarınızın yerdən üzülməsini istəmirsizsə, qulaqcığı qulağınızdan uzaqlaşdırın. Yoxsa o sizi çox uzaqlara apara bilər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş