Əbu Bəkr əs-Siddiq

Əbu Bəkr əs-SiddiqMənbə: http://zikr.az

Əbu Bəkr Abdullah ibn Osman ibn Amir əs-Siddiq miladi 572-ci ildə Məkkədə anadan olmuşdur. Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr olmuşdur. Peyğəmbər əs-Siddiq ləqəbini Əbu Bəkrə İsra və Merac səfərini şəkk-şubhə etmədən təsdiqlədiyi üçün vermişdir. O, Peyğəmbərin ən yaxın səhabələrindən, hicrət yoldaşı və Cənnətlə mujdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir.
Əbu Bəkrin fəzilətinə dair Urva ibn əz-Zubeyr belə rəvayət edir: "Mən Abdullah ibn Amrdan müşriklərin Peyğəmbərə nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər namaz qılarkən Uqbə ibn Əbu Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu: "Məgər, siz bir adamı "Rəbbim Allahdır"- deməyinə görə öldürəcəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə acıq-aşkar möcüzələr gətirmişdir" (Ğafir, 28) (əl-Buxari, 3678).
Əbu Musa əl-Əşari rəvayət edir ki, bir dəfə Əbu Bəkr Peyğəmbərin yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə catdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə mujdələ!" (əl-Buxari, 3674).
İbn Abbas rəvayət edir ki, mən Omər ibn əl-Xəttabın vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd və Əbu Bəkrlə bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin belə dediyini eşidirdim: "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik". Mən donub arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib idi". (əl-Buxari, 3677).
Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə cata bilməz" (əl-Buxari, 3673).
Əli iki şeyx Əbu Bəkr və Omər haqqında demişdir: "Musəlmanların ən yaxşısı, Allaha və Onun Elcisinə ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli İslam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə gorə mukafatlandırsın" (Meysəm "Şərh Nəhcul-Bəlağə", 1/31, Tehran çapı).
Peyğəmbərin vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Hicrətin 13-cü ilində 63 yaşında vəfat etmişdir.
Allah ondan və bütün səhabələrdən razı olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3057   Tarix: 18 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436