Messi salamını almadığı uşağı tapdı - VİDEO
Braziliyada keçirilən futbol üzrə Dünya çempionatında Argentinalı futbolçu Lionel Messi Argentina - Bosniya və Herseqovina oyunundan əvvəl salamını almadığı uşaqla görüşüb.
Messinin həmin uşaqla görüşmədiyini əks etdirən video böyük müzakirələrə səbəb olmuşdu.
Belə ki, oyundan əvvəl futbolçuların bir yerə toplaşdığı dəhlizdə hakimlərlə görüşən Messi ona əl uzadan bir azyaşlı uşağın əlini sıxmamışdı.
Argentinalı futbolçu artıq həmin kiçik fanatın könlünü alıb. Belə ki, onu taparaq görüşən Messi, hətta xatirə şəkli də çəkdirib
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş