Rusiyalı jurnalistin vurulduğu anın görüntüsü yayıldı - VIDEO
Rusiyanın "Rossiya 24" telekanalının əməkdaşı İqor Kornelyukun vurulduğu anın görüntüləri paylaşılıb.
BiG.AZ-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, həmin görüntünü yerli "TSN" telekanalı tamaşaçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, məlumatda Kornelyukun Luqansk vilayəti separatçılarının minomyotlardan fasiləsiz atdıqları atəşdən ölümcül yaralandığı deyilir.
Vilayət mərkəzi xəstəxanasına çatdırılsa da, 37 yaşlı jurnalistin həyatını xilas etmk mümkün olmayıb. Baş həkim Serqey Babenkonun verdiyi məlumata görə, jurnalist əməliyyata hazırlanarkən dünyasını dəyişib.
Maraqlıdır ki, hadisəni qrupun digər üzvü – operator Viktor Denisov lentə ala bilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş