Mələklər haqqında

Mələklər haqqındaMənbə: http://zikr.az

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: "Mənə iman haqqında xəbər ver!" – buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır." Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Mələklərə iman bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur:
«Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Oonların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər…» (əl-Bəqərə 285).
Hər bir müsəlman Allahın mələklərinə, onların möhtərəm qullar olduğuna iman gətirməlidir. Uca Allah buyurur:
"Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər» (əl-Ənbiya, 26-27).
Uca Allah mələkləri yalnız Ona ibadət etmələri və Onun əmrinə tabe olmaları üçün yaratmışdır. Uca Allah buyurur:
«Onun dərgahında olanlar (Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər». (əl-Ənbiya, 19 - 20).
Uca Allah mələkləri bizim üçün gözəgörünməz etmişdir. Allah onları yalnız öz peyğəmbərlərinə göstərmişdir. Muhəmməd peyğəmbər salləllahu aleyhi və alihi və səlləm Cəbraili əleyhissəlam öz görkəmində - altı yüz qanadı ilə üfüqün hər tərəfini bürüdüyü halda görmüşdür. Həmçinin, Cəbrail Məryəmə kamil bir insan şəklində görünmüşdür. Bir dəfə də Cəbrail heç bir kəsin tanımadığı, üzərində səfər əlaməti olmayan, ağ paltarlı, qara saçlı bir adam surətində gələrək Peyğəmbərin yanında oturmuş, dizlərini onun dizlərinə söykəmiş, əllərini onun budlarının üzərinə qoymuşdur. Bir qədər söhbət etdikdən sonra o çıxıb getmiş, Peyğəmbər də səhabələrinə onun Cəbrail olduğunu xəbər vermişdir.
Mələklər bir sıra vəzifələri yerinə yetirirlər. Bu mələklərin bəziləri bunlardır:
CƏBRAİL: Vəhy çatdıran mələkdir. Allah təaladan qəbul etdiyi vəhyi Allahın istədiyi peyğəmbərinə və ya rəsuluna nazil edir.

MİKAİL: Yağış yağdırmaq və bitkilər yetişdirməklə mükəlləf olan mələkdir.

İSRAFİL: Qiyamət gününün vaxtı gəlib çatdıqda Sura üfürməklə mükəlləf olan mələkdir.

ÖLÜM MƏLƏYİ (MƏLƏKUL-MƏUT): Ölüm anında ruhları çıxarmaqla mükəlləf olan mələkdir.

DAĞ MƏLƏKLƏRİ (MƏLƏKUL-CİBƏL): Dağlarla mükəlləf olan mələklərdir.

MALİK: Cəhənnəmin keşikçisidir.

RƏHM MƏLƏKLƏRİ: Ana bətnindəki körpələrin əcəllərini, ruzilərini, cənnətlik və ya cəhənnəmlik olacaqlarını yazmaqla mükəlləf olan mələklərdir.

QORUYUCU MƏLƏKLƏR: Hər cür təhlükəyə qarşı insanları mühafizə etməklə mükəlləf olan mələklərdir.

ƏMƏLLƏRİ QEYD EDƏN MƏLƏKLƏR: Hər bir şəxs üçün əməlləri qeydə alaraq yazan iki mələkdir (Kiramən-kətibin). Allah onlar haqqında belə buyurur:
«Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır)! Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın». (Qaf, 17 - 18).

QƏBİR MƏLƏKLƏRİ (Nəkir və Münkir): Ölü qəbirə qoyulduqdan sonra ona üç şey haqqında sual verən iki mələkdir. Bu iki mələk qəbirdə ölünün yanına gəlir və ona; Rəbbi, dini və Peyğəmbəri haqqında sual verir. Allah bu haqda belə buyurur:
«Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (lə iləhə illallah sözü ilə) sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər». (İbrahim 27).

CƏNNƏT ƏHLİNİN MƏLƏKLƏRİ: Cənnətin hər qapısından cənnət əhlinin yanına gələrək onları cənnət nemətləri ilə müjdələməklə mükəlləf olan mələklərdir. Uca Allah bu mələklər haqqında belə buyurur:
"Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər): «Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (Rad 23 - 24).

Mələk sözü elçi deməkdir. Mələklərin aşağıdakı bir neçə xüsusiyyətləri vardır:
Mələklər nurdan yaradılmışlar. Peyğəmbər demişdir: «Allah mələkləri nurdan, cinləri isə tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən yaratdı».
Mələklərin sayı çoxdur. Onların sayını Allahdan başqa heç kəs bilmir. Bir gün Peyğəmbər səhabələrə dedi: «Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr: «Biz heç nə eşitmirik?» - dedilər. Peyğəmbər buyurdu: «Həqiqətən də mən səmanın qıcırdamasını eşidirəm. Qıcırtı ona xas olan bir şey deyildir. Səmada elə bir qarış yer yoxdur ki, orada ayaq üstə və səcdədə olaraq ibadət edən mələk olmasın».
Mələklər çox qanadlıdırlar. Allah buyurur: 
«Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi edən Allaha həmd olsun». (Fatir, 1).
Mələklər Allahın ordularıdır. Allah buyurur: 
«Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir, 31).
Onlardan möminlərə məğfirət diləyən, onlara dua edən, möminləri sevən kəslər olduğu kimi elm məclislərinə gələrək onu əhatəyə alan, onların etdiklərini Allaha çatdıran, elm öyrənən və öyrədən üçün dua edən mələklər də vardır. Peyğəmbər demişdir: "...Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da ona Cənnətə aparan yolu asan­laşdırar. Hər hansı bir qövm Allahın evlərindən birində toplanıb, Allahın Kitabını oxuyar və öyrənərlərsə, şüb­həsiz onların üzərlərinə sükunət enər və onları rəhmət bürüyər. Mələk­lər onları əha­tə edərlər və Allah onları Öz dərgahında olanların yanında yad edər. Kim əmə­l etməkdə geri qalarsa, nəsəbi onu irəli sala bilməz".
Hər bir müsəlman mələklərə və onların Qurani-Kərimdə və səhih hədislərdə qeyd edilən xüsusiyyətlərinə iman gətirməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7319   Tarix: 17 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146