Gülnarə Kərimovanın sevgilisinin prodüseri oğurlandı - FOTO

Gülnarə Kərimovanın sevgilisinin prodüseri oğurlandı - FOTOGülnarə Kərimovanın sevgilisinin prodüseri oğurlandı - FOTOÖzbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın sevgilisinin prodüseri oğurlanıb.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, onun qohumları cinayətdə özbək hakimiyyətindən şübhələnir.

Dünən Moskvada naməlum şəxslər özbək prodüseri Mirsobir Xamidkariyevı oğurlayıblar. Cinayət hadisəsi Moskvanın mərkəzində onun arvadı və oğlunun gözləri qarşısında baş verib.

Özbəkistanda Mirsobir müğənni və aktyor Farux Saipovun administratoru kimi məşhurdur. Farux Saipov Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın məşuqu idi.

Gülnarə-Saipov davası ayrılmaqla bitdikdən sonra müğənninin dostları repressiyalara məruz qalıb. Özbəkistanda onları ekstremizmdə ittiham ediblər. Farux Saipovun özü efirdən məhrum edilib. Onun prodüseri Xamidkariyev Rusiyaya qaçmaqla, burada qaçqın statusunu alıb. İndi Mirsobirin qohumları prodüserin oğurluğunda özbək hakimiyyətindən şübhələnirlər.

"O Moskvada heç kəsə lazım deyil, o Özbəkistana lazımdır. Farux Saipovla Gülnarə Kərimova arasında qalmaqaldan sonra o, Moskvada gizlənirdi, onu artıq keçən il oğurlamağa çalışırdılar, amma görünür, onlara buna indi müvəffəq oldular", - deyə anonimliyini qorumaq şərti ilə Mirsobirin dostlarından biri bildirib.

Mirsobir oğurluğundan əvvəl Rusiya mətbuatına müsahibə verməyə hazırlaşırmış. Dostlarının sözlərinə görə, bu müsahibədə Mirsobir Gülnarə ilə məşuqunun aralarında baş verən qaranlıq məqamlara aydınlıq gətirməyi düşünürmüş.
Yaxın vaxtlara qədər "Özbəkistanın şahzadəsi" adlandırılan Gülnarə ölkə rəhbərinin postunda 75 yaşlı atasının varisi kimi göstərilirdi. 2013-cü ilin oktyabrından İslam Kərimovun qızı ilə arasında ciddi problem yarandığı barədə mətbuatda mütəmadi yazılar gedib.

Prezident fərmanına əsasən Gülnarənin nəzarəti altında olan telekanallar və radiostansiyalar bağlanıb. Ona yaxın münasibətdə olan bir çox insanlar, həmçinin onun təhlükəsizlik xidmətinin başçısı ölkəni tərk ediblər. Gülnarə Kərimova özü bildirib ki, onu zəhərləmək istəyirdilər. Ailədə parçalanmanın səbəbi kimi milli təhlükəsizlik xidmətinin başçısıyla prezidentin qızının münaqişəsi göstərilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 721   Tarix: 11 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1103
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 414
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

10:20 98
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 330
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 343
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 458
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 285
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 332
.

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur. Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. "Eldəniz", "Viktoriya", "Nataşa" sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağ

11:10 88