Nömrələr İP ünvanlarla əvəzlənəcək

Nömrələr İP ünvanlarla əvəzlənəcəkABŞ rabitə şirkətləri ənənəvi telefon nömrələrini birbaşa İP-ünvanlarla əvəzləmək niyyətində olduqlarını açıqlayıb. Bu, texniki baxımdan mümkün olsa da, praktikada yeni ünvanlama formatına keçid gözlənilməz nəticələrə gətirib çıxara bilər.

BiG.AZ ICTNews-a istinadən bildirir ki, bu səbəbdən ABŞ Federal Rabitə Komissiyası (FCC) rabitə operatorlarını sınaqda iştirak etməyə və öz infrastrukturları ilə qarşıya qoyulan vəzifəni həyata keçirməyə dəvət edib.

Cari ilin martında artıq şəbəkələrin yenilənmiş formatda işə salınmasına başlanılıb. Sınaqlar hələlik ölkənin yalnız bir neçə coğrafi regionunda keçirilir, lakin nəzərdə tutulan işlərin uğurlu olacağı təqdirdə yaxın gələcəkdə bütün telefon rabitəsində köklü dəyişikliklərin baş verəcəyi bildirilir. Bunun nəticəsində xidmət üçün qiymətlərin də ucuzlaşacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1357   Tarix: 12 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040