Vitaminlər möcüzələr yaradır

Vitaminlər möcüzələr yaradırYaş üstünə yaş gəldikcə cavan qalmaq hər bir qadının arzusudur. Amma hələlik elə bir sehrli aparat yoxdur ki, onu qadının dərisinə toxundurduqdan sonra istənilən nəticəni əldə etmək mümkün olsun. Baxmayaraq ki, alimlər, ixtiraçılar qadın dərisinin cavan saxlanılması üçün müxtəlif aparatlar ixtira etməkdə davam edirlər, möcüzə hələ baş verməyib. Ona görə də cavan qalmağın digər – təbii yolları barədə söhbət açılır.

Əvvəla onu qeyd edək ki, genetik faktorlar insanın xarici görünüşünə, onun cavan qalıb-qalmamasına əhəmiyyətli dərəcədə təsir göstərir. Amma əlbəttə ki, siqaret çəkmək, spirtli içkilər istifadə etmək genlə ötürülən ən yaxşı faktorları belə məhv etməyə qadirdir. Həmçinin zərərli vərdişlər, düzgün qidalanmamaq da bu məsələdə öz sözünü deyir. Qeyri-sağlam həyat tərzi orqanizmdə sərbəst radikalların hərəkətinə təkan verir. Sərbəst radikalların hüceyrələri toxumaların məhvinə səbəb olur ki, bununla da qocalma prosesi başlanılır. Amma müasir dövrdə aparılan elmi tədqiqatlardan məlum olub ki, biz nəinki bu prosesin qarşısını ala bilərik, həmçinin dağıdılmış toxumaların bərpasına nail olmaq mümkündür.

Qadınların zədələnmiş hüceyrələrinin bərpası üçün vitaminlər vacibdir. Bunun üçün menyunuzu vitaminlərlə zənginləşdirməlisiniz. İnanın ki, vitaminlər nəinki daxili orqanların fəaliyyətini, həm də xarici görünüşünüzü yaxşı istiqamətə dəyişməyə qadirdir. Məsələn A vitamini dəriyə, saçlara, əsəb və immun sisteminə müsbət təsir göstərməklə yanaşı, görmə qabiliyyətini də yaxşılaşdırır. Qaraciyər, süd, kök, ərik, şirin qırmızı bibər, yemiş A vitamini ilə zəngindir.

C vitamini hüceyrələri ziyanlı ultrabənövşəyi şüalardan, aqressiv molekullardan qorumağa qadirdir. C vitamini sağlam diş arzusunda olanlar və damaq ətinin tez-tez qanamasından şikayət edənlər üçün də böyük əhəmiyyətə malikdir. Bundan başqa, bu vitamin orqanizmdə dəmirin mənimsənilməsini də asanlaşdırır. Qeyd edək ki, C vitamini sitrus meyvələrdə, kartofda, pomidorda, şirin bibərdə, turş kələmdə var.

B qrup vitaminləri ətdə, paxlalı bitkilərdə, qozda, pivə mayasında var. B qrup vitaminləri karbohidratların, zülalların və yağların mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını tənzimləyir. Bu vitaminin qırmızı qan hüceyrələrini yaranmasında da rolu var.

D vitamini yağlı balıqda, yumurtada və süd məhsullarında var. Qeyd edək ki, günəş şüası da orqanizmdə bu vitaminin sintez olunmasına yardım edir. Bu vitamin orqanizm tərəfindən kalsiumun mənimsənilməsinə yardım edir. Əsəb sisteminin stabilliyi üçün bu vitamin vacibdir.

E vitamini dənli bitkilərdə, tumda, badamda, bitki yağlarında var. Bu vitamin zədələnmiş toxumaların birləşdirilməsində böyük rola malik olmaqla yanaşı maddələr mübadiləsini də sürətləndirir.

Dişlər, sümüklər, əsəb sisteminin normal fəaliyyəti üçün vacib olan kalsium süd məhsullarında, yaşıl bitkilərdə, paxlalılarda boldur.

Yod qalxanvari vəzin funksiyasını və maddələr mübadiləsinin qaydasında getməsi üçün vacibdir.

Yod balıqda, bir sözlə, dəniz məhsullarında daha çox olur. İmmun sistemi gücləndirmək üçün ən yaxşı kimyəvi element selen hesab edilir. Yumurta, dəniz məhsulları, qoz selenlə zəngindir.

Qocalma prosesində hormonlar da əhəmiyyətli rol oynayırlar. Nə qədər ki, orqanizmdə lazım olan qədər hormonlar ifraz olunur, xanımlar cavan olurlar. Hormonların ifrazında yaranan problemlər dərinin bürüşməsinə, qurumasına, süstləşməsinə və tutqunlaşmasına səbəb olur. Orqanizmin infeksiyalara qarşı həssaslığı artır. Cavanlığı saxlayan əsas strogen, testoteron, serotonin, endorfin hormonlarıdır.

Serotonin və endorfin xoşbəxtlik hormonu hesab olunur. Bu hormonlar həyəcanlı və xoşbəxt anlarda ifraz edilə bilər. Əhval-ruhiyyənin qalxması qan dövranını yaxşılaşdırır, dərinin rəngi açılır, zərifləşir. Gözlər parlamağa başlayır. Adları çəkilən hormonlar mərkəzi sinir sisteminə yaxşı təsir göstərirlər və immun sistemi möhkəmləndirirlər. Ona görə də optimist olun! Hər xoşagəlməz hadisəni ürəyinizə salmayın. Özünüzü tərifləyin. İnanın ki, xoş fikirlər möcüzələr yaratmağa qadirdir.

Heç zaman unutmayın ki, stress qocalma prosesinin başlaması üçün çox mühüm faktordur. Lakin stressin də iki növü məlumdur. Yaxşı mənada stress keçirmək orqanizm üçün vacibdir. Orqanizm bununla formada qalır, fəal işləməyə başlayır. Mənfi stress isə əksinə mənəvi cəhətdən mənfi təsir edə bilər. Hətta uzun müddətli stressdə olmaq ürək xəstəliklərinə, mədə yarasına, mədə-bağırsaq traktının xəstəliklərinə və qadının xarici görünüşünə mənfi təsir göstərir. Ona görə də stresslə mübarizə aparmağı öyrənin, hadisələr real gözlə baxın. Siqaret və içkidə çıxış yolunu axtarmaq əvəzinə problemdən çıxış yolunu axtarın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4022   Tarix: 10 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704