Müğənnilər dilənçilərə nə qədər pul verir? - sorğu

Müğənnilər dilənçilərə nə qədər pul verir? - sorğuDilənçilərə şəhərin hər yerində - metroda, yeraltı keçidlərdə, parkda rast gəlmək olur. Hara gedirsən get, onlarla mütləq qarşılaşacaqsan. Birinin yalvarışıları mərhəmətimizdən «bəhrələnər», digərinin sözləri əsəblərimizə toxunur. Bəs bizim məşhurlar necə, görəsən qarşılarına dilənçi çıxanda nə edirlər?

Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların dilənçiyə nə qədər pul verdiklərini öyrənib:

Xalq artisti Aygün Kazımova:
Demək olar ki, dilənçilərə heç vaxt pul vermirəm. Çünki bilirəm ki, dilənçiyə pul verəndə savab qazanmırsan, bu, yanlışdı. Amma kömək istəyənə yardım əli uzadıram. Elə bu yaxınlarda... Bir qadın yaxınlaşıb, yolpulu istədi, mən də çıxarıb 100 dollar verdim.

Müğənni Namiq Qaraçuxurlu:
Sizə bir fakt deyim: mən «mercedesli» dilənçi də görmüşəm. Bir dəfə yolun kənarında bir maşın dayanmışdı. Məni saxlatdırıb, benzin pulu istədi. Çıxarıb 10 manat verdim. Həmin yerdən qayıdanda gördüm ki, oğlan başqa adamlardan da benzin almaq adıyla pul yığır. Bildim ki, bu sadəcə, soyqunçuluqdur. Maşının nömrəsi də 606 idi.

Müğənni Röya:
O qədər pul vermişəm ki dilənçilərə. Hətta kömək istəyənə də yardım edirəm. Bir dəfə yaşlı bir qadın yaxınlaşıb dedi ki, uşağım xəstədi, əməliyyatı üçün 100 mindən çox pul lazımdır, mənə kömək et. O qədər pula gücüm çatmadığından sadəcə, əməliyyatqabağı müalicələrin bütün xərcini öz üzərimə götürdüm. 6 ay həmin qadının uşağı üçün pul verdim. Sonra qadın hər gün məndən pul istəməyə başladı. Daha onun tələbini ödəmək iqtidarında olmadığımdan etiraz edəndə ... O, mənə elə qarğışlar etdi ki...

Müğənni Nadir Qafarzadə:
Qazancımın hamısı elə dilənçilərə qismət olur. Qarşıma çıxıb, pul istəyən dilənçini heç vaxt əliboş qaytarmıram. Ha özümə söz verirəm ki, bir də dilənçiyə pul verməyəcəm, amma ürəyimlə bacarmıram. Özü də onu deyim ki, dilənçilərə pul vermək mənə düşmür. Nə vaxt dilənçiyə pul versəm, ziyana düşürəm. Bəzən də elə olur ki, zəng edib köməklik istəyirlər. Əvvəllər inanırdım, hətta bir neçə dəfə müəyyən miqdar verdiklərim də olub. Sonradan görmüşəm ki, onlar sadəcə fırıldaqçılardır. Özümün o qədər xəstə, köməyə ehtiyacı olan qohumlarım var ki, onlara yardım edirəm.

Müğənni Xatirə İslam:
Dilənçilərə o qədər pul xərcləyirəm ki... Gün ərzində dilənçilərə 10 manatdan da çox pulum çıxır. Hətta elə olub ki dilənçiyə 20 manat da vermişəm. Hərdən xırdam olmur, yaxınlaşanda pul verə bilmirəm, arxamca deyinirlər. Hətta bir dəfə qurban kəsib, qarşıma çıxan dilənçilərə payladım.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3982   Tarix: 07 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

TOP MP3