Depressiv xəstələrin 10-15 faizi intihar edir

Depressiv xəstələrin 10-15 faizi intihar edirBəzən insanlar hansısa işləri alınmayanda və ya sadəcə, ruh düşkünlüyünə qapananda, darıxanda depressiyaya düşdüklərini zənn edirlər. Depressiya ağır, lakin müalicə olunan xəstəlikdir. Bu psixi xəstəlik zamanı insan intihar haqqında düşünür, həyata qarşı marağı itir, həyatdan zövq ala bilmir, apatiya və yorğunluq, yuxululuq və ya əksinə yuxusuzluq, iştahın olmaması və ya əksinə kəskin artması müşahidə olunur.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, bəzi hallarda depressiya həyəcan hissi ilə də müşayiət olunur. Əgər bu əlamətlər kompleks şəkildə müşahidə olunmursa, deməli, şəxs sadəcə ruh düşkünlüyünə düşüb. Həmsöhbətimiz bunun qarşısını almaq üçün əyləncələrə vaxt ayırmağı, istirahət etməyi, təmiz havada gəzintiyə çıxmağı, xoş ünsiyyət qurmağı məsləhət görür. Dediyinə görə, bəzən insan hansısa problemi həll etməli olduğu üçün də bu vəziyyətə düşür. Problemi həll etdikdən, çətinlikləri dəf etdikdən sonra isə əhvalı yüksəlir: "Demək, bəzən sadəcə gözləmək lazımdır. Həyat hər zaman dəyişir. İnsanın daim yalnız sevinməsi mümkün deyil. Bu səbəbdən də əhval aşağı düşəndə narahat olmağa və bununla da əhvalı daha da korlamağa dəyməz. Səbirli olub bir qədər gözləmək və ya sizə ağırlıq gətirən problemlərin yükündən azad olmağa çalışmaq lazımdır".

Əhmədova bildirib ki, depressiya tez-tez stress nəticəsində əmələ gəlir: "Müasir həyatda streslər yavaş-yavaş artır. Ola bilsin ki, sırf bioloji səbəblər üzündən depressiya baş verir. Misal üçün, genetik olan depressiya və ya somatik xəstəliklərlə bağlı depressiya. Şəkərli diabetdən əziyyət çəkən insanların ən azı 33%-i depressiyaya düşür. Tənhalıq, boşanma, ailədə münaqişələr və başqa psixoloji problemlər də depressiya yarada bilər".

Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15%-i intihar edir. Depressiya geniş yayılmış və təkrar olunan xəstəlikdir. Əgər insanda bir dəfə depressiv epizod olubsa 50% ehtimal var ki, o, yenə təkrar olunacaq. İki dəfə epizod olubsa, 70% ehtimal var ki, 3-cü epizod da olacaq. 3 dəfə depressiv epizoddan sonra yenə bu baş veribsə, 90% ehtimal var ki, bu, gələcəkdə də təkrarlanacaq".

Adətən depressiya dərman və psixoloji konsultasiyalar vasitəsilə müalicə olunur. Müsahibimizin sözlərinə görə, depressiyaya düşən şəxs sağalmaq istəyirsə, özü də müstəqil şəkildə buna cəhd edə bilər: "Yaradıcılığa meyli olanlar marağına uyğun rəsm çəkə, tikiş tikə, rəqs edə, musiqi alətlərində çala bilər. Güllərdən müxtəlif kompozisiyalar düzəltmək, şeir və ya hekayə yazmaq, gündəlik tutmaq da depressiyaya səbəb olan stressdən, mənfi emosiyalardan azad olmağa kömək edir. Depressiya ilə mübarizə üçün günün planını tərtib etmək də kömək edir. Lakin bu zaman özünüzə qarşı çox tələbkar olmayın. Hansısa işi yerinə yetirmək istəmirsinizsə, növbəti günlərə təyin edin və ya silin. Plandan kənar da istədiyiniz işi yerinə yetirə bilərsiz".

L.Əhmədova deyir ki, fiziki fəallıq nəinki sizi sağlam edəcək, psixi narahatlıqların azalmasına da köməyi dəyəcək. İdmanla məşğul olmaq orqanizmdə endofrin - xoşbəxtlik hormonlarını çoxaldır. Təmiz havada gəzmək, təbiətdən zövq almaq, bəzən də səs-küylü əyləncələrdən də yararlanmaq olar.

Stressə məruz edən amilərdən biri də mənfi informasiyanın bolluğudur. Bu səbəbdən də informasiya seçərkən diqqətli olmaq lazımdır: "Mənfi emosiyaları yarada bilən, zorakılıq faktlarını əks etdirən materialalrdan qaçın. Yumor və lətifələrsə əksinə depressiyanı və bir sıra xəstəlikləri də müalicə edir".

Əhmədova bildirib ki, ən effektiv üsullardan biri isə özünü xoşbəxt olduğuna inandırmaqdır: "Xoşbəxt olmağa çalışın. Ola bilmirsinizsə, özünüzü bu rolu ifa edən aktyor kimi təsəvvür edin. Bu fikirlər ilk baxışdan qəribə görünə bilər, amma yaxşı effekt verir. Hər gün xoşbəxt insan rolunu oynayın. Sevdiyiniz musiqini dinləyin, filmlərə baxın, şənlənin. Qoy, ətrafda hamı elə bilsin ki, siz xoşbəxtsiniz. Müsbət emosiyalarla həyatınızı doldurun" deyən mütəxəssisə görə, elə tip adamlar olur ki, onlar qəmlənməyə meyllidir və ya heç cür özlərini xoşbəxt hiss edə bilmirlər. "Belə olan halda özünüzə deyin: "Mən xoşbəxt deyiləm, amma mən bunu oynamalı olan aktyoram". Bunu deməklə və etməklə insan həqiqətən də şənlənməyi, xırda müsbət hadisələrə görə də sevinməyi öyrənə bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 898   Tarix: 30 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 668
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 754
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 1070
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 857
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 917
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 575
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23475
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 848
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 405