Müğənni Rianna rekord vurdu (Video,Mp3)
"BBC News"a istinadən bildirir ki, 2011-ci ilin ilk həftəsinin nəticələrinə görə Rianna "What's My Name?" Böyük Britaniya xit-paradının lideri olub. Bu minvalla da Rianna dalbadal 5 il Britaniya xit-paradında lider olmuş ilk qadın müğənni adını qazanıb.
2007-2010-cu illərdə o, "Umbrella", "Take A Bow'", "Run This Town" və "Only Girl (In The World)" mahnıları ilə xit-paradların lideri olmuşdu.
İndiyədək belə uğura yalnız 1957-1963-cü illərdə Britaniya xit-paradına mahnıları ilə liderlik etmiş Elvis Presli nail olmuşdu.
Britaniya çartalrında Riannanın "Loud" albomu da liderdir. 2010-cu ilin noyabrında satışa çıxarılmış bu albomdan Britaniyada 900 min nüsxə satılıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş