Sevdiyinə ərə getdiyi üçün daşlayıb öldürdülər-VİDEO
Pakistanda qadın yalnız valideynlərinin göstərdiyi şəxslə ailə qura bilər. Pakistanın şərqində Laxor şəhərində 25 yaşlı hamilə qadın – Farzana İkbal ölənə qədər daşqalaq edilib.
BiG.AZ Euronews-a istinadən xəbər verir ki, bu cəzavermə prosesində qızın ailəsi iştirak edib.
Səbəb isə onun sevdiyi ilə ailə qurmasıdır. Qadın öz xalası oğlu ilə nişanlı olub, amma başqası ilə ailə qurub. Pakistan ailələri hesab edirlər ki, qızın öz istəyi ilə həyat yoldaşı seçməsi ailə üçün ən böyük biabırçılıqdır. Polis qatillərdən birini tuta bilib – bu, Farzananın atasıdır. O, qürurla bu qətlin namus təmizləmək üçün törədildiyini qeyd edib. Yalnız bu yolla ailəsinin namusunu təmizə çıxara biləcəyini deyib.
Beynəlxalq hüquq müdafiəçilərinin sözlərinə görə, Pakistanda il ərzində belə qətllər nəticəsində minlərlə qadın ölür.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş