2 milyon körpə üçün hazırlıq
Çində tək uşaq siyasətinin yüngülləşdirilməsiylə ildə iki milyon körpənin doğulması gözlənilir. Bunun üçün xəstəxanalar da hazırlıq görməyə başlayıb.
BiG.AZ Movqe.Aza istinadla xəbər verir ki, Çin Milli Səhiyyə və Ailə Planlama Komissiyası səlahiyyətlilərindən Canq Şıkun , ölkədəki sağlamlıq quruluşlarının illik doğum dərəcələrində artımı qarşılaya bilmək üçün xəstəxanalara yataq əlavə olunması və tibb bacılarının əmək haqlarının artırılması lazım olduğunu söyləyib.
Çində keçən noyabrda keçirilən Çin Kommunist Partiyası Konqresində ölkənin uzun illərdir davam edən mübahisəli tək uşaq siyasəti yüngülləşdirlmişdi. Yeni tətbiq görə , evli cütlüklərdən birinin tək uşaq olması halında , cütlərin ikinci uşaq sahibi olmasına icazə verilmişdi.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş