Təhsil Nazirliyi açıqladı - Şagirdlərin 16,6 faizi "0-2" bal toplayıb

Təhsil Nazirliyi açıqladı - Şagirdlərin 16,6 faizi "0-2" bal toplayıbAzərbaycanda bu il yüksək nəticə ilə fənn olimpiadasının respublika turuna göndərilən şagirdlərin 16,6 faizi "0-2" bal toplayıb.

Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" imzaladığı əmrdə qeyd edilir ki, 2013-2014-cü dərs ilində fənn olimpiadaları nazirlik və yerli təhsili idarəetmə orqanları tərəfindən 3 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36908 nəfər iştirakçısından II tura 6374 nəfər (17,2 faiz) keçmiş, onlardan 849-u (13,3 faiz) yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib.

Ciddi narahatlıq doğuran vəziyyət respublika turunun 849 iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal - 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz; "2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olub. Həmin şagirdlərdən 139-u (98,5 faiz) olimpiadada texniki və təbiət fənləri üzrə iştirak edib. Yerlərdə olimpiada iştirakçılarının seçimi və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv aparıldığı üçün yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1", 17-si "2"; fizikadan 12-si "0", 4-ü "1", 4-ü "2"; kimyadan 21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1", 4-ü "2"; informatikadan 2-si "0", 1-i "2"; Azərbaycan tarixindən 1-i "0", 1-i "2" balla qiymətləndirilib. Belə şagirdlər Mingəçevir şəhəri və İsmayıllı rayonunun hər birindən 7, Şamaxıdan 6, Astara, Biləsuvar, Şəki, Ağcabədi rayonlarının hər birindən 5, Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonlarının hər birindən 4, Şirvan şəhəri, Sabirabad, Ağdaş, Balakən, Xaçmaz, Lerik, Daşkəsən, Zəngilan rayonlarının hər birindən 3 nəfər olub. Digər rayonlarda da belə faktlar müşahidə edilib.

Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz), biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər, 16,7 faiz), fizika (11 nəfər, 11,3 faiz) fənləri üzrə "3-5" bal toplaması da yerlərdə olimpiadalara, istedadlı şagirdlərlə işin təşkilinə, texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini göstərir.

M.Cabbarov imzaladığı əmrlə şagirdlər üçün 2 ay ərzində fənn olimpiadalarının təşkili və keçirilməsini tənzimləyən yeni qaydalar layihəsi hazırlamağı tapşırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4405   Tarix: 27 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 509
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 530
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 212
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 59
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1247
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 64
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 294