Sonra bizi bəyənmirlər - VİDEO

Sonra bizi bəyənmirlər - VİDEOAzərbaycanlı qardaşlar Rusiyada insanları ölümdən qurtardılar

Həmyerlilərimiz sərnişinlərə yardım edərək onları diri-diri yanmaqdan xilas ediblər. Rusiyanın Krasnoyarsk şəhərinin küçələrindən birində avtobus qaynar su çuxuruna düşüb.

Hadisə nəticəsində avtobusda olan 15 sərnişindən 14-ü yaralanıb. Hadisə zamanı yaralanan avtobus sərnişinlərini azərbaycanlı Səbuhi və Tural Rəhimov qardaşları xilas edib. Avtobusda olan gənc həmyerlilərimiz sərnişinlərə yardım edərək onları diri-diri yanmaqdan xilas ediblər. Səbuhinin bildirdiyinə görə, qəza baş verəndən sonra pəncərəni sınıraraq çölə çıxıb və qardaşı ilə birlikdə sərnişinləri avtobusdan çıxarmağa çalışıblar.

Qəzadan sonra 8 nəfər xəstəxanaya yerləşdirilib, avtobus sürücüsü də daxil olmaqla 5 nəfər isə ilkin yardım göstərildikdən sonra ambulator müalicələrinə davam ediblər. Krasnoyarsk klinik şəhər xəstəxanasından isə bildirilib ki, xəsarət alan sərnişinlər dünən gecə yarısı xəstəxanaya müraciət edib və onlardan bir neçəsinin vəziyyəti ağırdır:

"Dünən gecə yarı bizə yaşlı qadın müraciət etdi. Onun ayaqlarında yanıqlar var idi. Yaşlı qadına lazımlı köməyi göstərdik və daha sonra evə buraxdıq. Daha bir yaralı iə 17 yaşlı qızcığaz olub. Onun isə bədənin 10 %-i yanıb. Hazırda yanıq şöbəsində 1974-cü il təvəllüdlü bir xanım da var. Onun bədənin 30 faizə qədəri yanıb. Hazırda müşahidə altında saxlanılır".

Qeyd edək ki, hadisənin baş verməsinə səbə Krasnoyarsyın Sverdlovsk rayonunda isti su təmininin borusunun partlaması nəticəsində baş verib. İlkin məlumatlara görə, 65 nömrəli sərnişin avtobusunun sürücüsü isti su çuxurundan keçmək istəyərkən zədələnmiş su borusunda təzyiq artaraq avtobusa daxil olub.Hadisə vaxtı avtobusda 15 sərnişin olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2155   Tarix: 26 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740