Culyet Binoş və Kristen Stüartın Kann filmi – Treyler
Rejissor Olivye Assayas Kann kinofestivalı çərçivəsində yeni "Zils Mariyanın buludları" filmini təqdim edəcək. Ekran işi onu uzun illər əvvəl məşhur edən pyesin tamaşasında oynamağa hazırlaşan qocalan aktrisa (Culyet Binoş) barədədir. Bu dəfə o, yaşlı qadın rolunu ifa edəcək, əsas rolda isə gənc və perspektivli aktrisa Hloya Qreys Morets oynayacaq. Kristen Stüart filmdə qəhrəman Culyet Binoşun sadiq köməkçisi rolunu oynayır. Film Kannda premyerasından sonra bu ilin sonunda kinoteatrlara çıxacaq.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş