Ölüm xəbəri uşaqlara necə verilməli?

Ölüm xəbəri uşaqlara necə verilməli?Ölüm faktı ilə üzləşən balaca yeni bir duyğu ilə tanış olur. Böyüklərdən fəqrli olaraq uşaqların ölüm halı ilə üzləşməsi fərqlidir. ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, uşaqlara ən əziz, yaxud yaxın birisinin ölümü ilə bağlı durumu anladarkən diqqətli olmaq lazımdır. Təcrübə onu da göstərir ki, müxtəlif yaş həddlərində uşaqların ölüm halını qarşılaması, reaksiyaları fərqli olur.

Hər birimiz ömür boyu yaxın, uzaq, əziz, doğma, yad və başqa insanların ölüm xəbərini eşidir, hətta bəzən bu xəbərin digərlərinə vermə vəziyyəti ilə üzləşə bilərik. Bir adama onun yaxınının ölümünün xəbərini vermək olduqca üzücü bir haldır. Qaldı ki, belə bir xəbərin balaca yaşda olan uşaqlara verilməsi... Ölüm xəbərinin verilməsi zamanı qarşıdakı şəxsin yaşı mütləq nəzərə alınmalıdır. Bu xəbər verilərkən uyğun zaman və şərait seçilməli, qarşı tərəfin sağlığı üçün ani addımlar atılmamalıdır.

Uşaqlara isə ölüm halını açıqlamazdan öncə onun bu durumu anlaya bilib-bilməyəcəyi yaşda olub-olmadığını, sosial çevrəsini, yaşam şərtlərini nəzərə almalıyıq:

5-6 yaş: "Ölüm" halını anlamağa başlayar, amma bunun geriyədönməziyini təsvir edə bilməz.

6-7 yaş: Bu yaşlardan etibarən ölümün hərkəs üçün və qaçılmaz olduğunu anlamağa başlayar.

7-10 yaş: "Ölüm" halını tam olaraq anlayar.

10-12 yaş: Bu halla bağlı fəlsəfi düşüncələri ortaya çıxar. "Ölüm" halının onlara xəbər edilməsi təhlükəli ola bilər. Bu yaşlarda olan uşaqlar yeniyətməlik dövrünə qədəm basdıqları üçün hətta TV-lərdən, sosial şəbəkələrdən oxuduqları ölüm halları üçün "model" ola bilərlər.
İtkisi olan uşaq hansı duyğuları yaşayır?

Ana-ata itkisi zamanı uşaq özünü daha çox günahlandırır: "Mən nə etdim ki? Mənim xətam nə oldu ki?", qardaş-bacı itkisi zamanı "Qazandım, amma..." düçüncələri ilə baş-başa qalar, özlərini qismən suçlu bilərlər. Yas mərasimləri zamanı ata-ananın, yaxud ailənin digər böyüklərinin ölən uşaq haqqında "Çox yaxşı uşaq idi, heç bir eybi-filanı yox idi, hədsiz ağıllı idi" və sairə deməsi, sağ qalan uşaqda bunun doğru olmadığı düşüncəsini yara bilər, amma qardaşının, yaxud bacısının artıq həyatda olmamasına görə bunu dilə gətirə bilməz, nəticədə uşaq ağır psixoloji yük altında qalar. Uşaq qardaş, yaxud bacısının öldüyü bənzər bir təhlükənin altında olduğunu hiss edər, yaxud "Mən də ölməliyəmmi?", "Mən də təhlükə altındayammı?" - deyə düşünə bilər.

Ana-ata itkisi "güvəndə olma" hissini sarsıdar, yaxud bu hissin tamamilə itməsinə səbəb ola bilər: "Bəs məni sevirdilər? Məni həmişə qoruyacaqdılar? Nə oldu, hara getdilər?", "Nəyə görə öldülər?", "Mənə qızdılar?", "Mən nədə səhv etdim?" kimi suallar altında özlərini əzilmiş hiss edərlər.

Uşaqlarla necə davranılmalı?

Xüsusilə balaca yaşda uşaqlara "getdi" və sairə sözlər əvəzinə həqiqət deyilməli - "Öldü" bildirilməlidir. Əks təqdirdə uşaq bütün ömrüboyu ölən şəxsin geri dönəcəyi xəyalı ilə yaşaya bilər. Ona "səfərdədir", "xəstəxanadadır" və sairə deməklə aldatmağımız uşağın özümüzə qarşı olan inam hissinin sarsılmasına yol aça bilər. Hətta böyüklər bu vəziyyətdə öz duyğularını - ağlamalarını, iztirab çəkmələrini uşağa göstərməkdən çəkinməməlidir. Bunun sayəsində uşaq da öz duyğularını içlərində saxlamayacaq, biruzə verəcəklər. Böyüklərin hisslərini göstərməsi uşaqlara əlavə suallar verməsi üçün cürətləndirəcək.

Uşağa əzizinin ölüm xəbərini söyləyəcək şəxs ona hissi baxımdan yaxın olan ailə fərdi olmalıdır. Əgər lazım olarsa, bu durumda peşəkar bir mütəxəssisin yanlarında olması da mümkün hesab olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2081   Tarix: 20 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659