''ATV Maqazin'' və ''Onun yarısı'' verilişləri bağlanıb?

 ''ATV Maqazin'' və ''Onun yarısı'' verilişləri bağlanıb?ATV Press xəbər portalının məlumatına görə, söhbət «Onun yarısı» və «ATV Maqazin» verilişlərindən gedir. «ATV Maqazin»i bundan sonra «Onlar» verilişinin əvəzləyəcəyi bildirilir. «Onun yarısı»nın isə yenidən efirə qayıdacağı gözlənilir.

Məlumatı aparıcı Zaurdan dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı, lakin telekanalın digər əməkdaşları hər iki xəbəri təsdiqləyiblər. Onlar «Onun yarısı» verilişinin hələ ki efirə getmədiyini, lakin yaxın zamanlarda bərpa olunacağını söyləyiblər.
Bəzi mənbələr isə «ATV Maqazin» verilişinin qapadıldığını söyləyib.

Verilişlərin bağlanmasının səbəblərini hələ ki dəqiqləşdirmək mümkün olmayıb. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb.

Məşhur telekanalın hansı verilişləri bağlanılır?

Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək.

Əldə etdiyimiz məlumata görə, islahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur. Telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir. Bununla əlaqədar olaraq bəzi verilişlərin, təxminən 5-6 verilişin dayandırılması, bəzilərinin isə adının və ya aparıcısının dəyişdiriləcəyi gözlənilir.

Bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu «Burada və indi» (keçmiş «Çal-çağır» verilişi) adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, «Sən tək deyilsən» verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək «Səni axtarıram» olacaq. Qısa müddətlik fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir.

Bağlanılması planlaşdırılan verilişlərdən birinin - «Onun yarısı»nın isə yüksək reytinqini nəzərə alıb, yenidən bərpa edilməsi gözlənilir. Hazırda isə həmin verilişin çəkilişləri dayandırılıb.

Bu gün məlumat verdiyimiz kimi, bağlanması gözlənilən verilişlərdən biri kimi «ATV maqazin» verilişinin də adı çəkilir. Ona görə də verilişin aparıcısı İlkin Həsəni ilə əlaqə saxladıq. Lakin İlkin Həsəni Milli.Az xəbər portalına açıqlamasında bu məlumatı təkzib etdi və verilişinin əvvəlki axarında davam edəcəyini deyib: «Dediyiniz məsələlərlə bağlı mən yalnız onu deyə bilərəm ki, "ATV maqazin" verilişinin artıq 8 ildir ki, aparıcısıyam və veriliş indi də fəaliyyətini davam etdirir. Hər həftə öz vaxtında, öz saatında efirə çıxacaq, yəni, proqram öz axarı ilə davam edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 37052   Tarix: 04 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544