Böyük uşaqlar

Böyük uşaqlar— Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
— Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
— Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
— Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
— Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
— Bəs sənin əhvalını pozan nədir?
— Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
— Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
— Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
— Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
— Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. — deyə uşaq qəmgin halda sözünə davam etdi — o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
— Mən hələ balacayam — deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi — Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac...
O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4510   Tarix: 02 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817