Atatürkün həyat yoldaşının boşanma məktubu satışa çıxarılacaq

Atatürkün həyat yoldaşının boşanma məktubu satışa çıxarılacaqLətifə xanımın Atatürkdən boşanarkən irəli sürdüyü 7 səhifədən ibarət tələb məktubu hərraca çıxarılacaq

BiG.AZ saytı türkiyə mətbuatına istinadən bildirirki, məşhur kolleksiyaçı Kamal Can Süleymaniyyəyə məxsus "Levant Antika" tərəfindən "Rixos Pera" otelində təşkil edilən hərrac mayın 17-də keçiriləcək.

Məktubda Lətifə xanımın tələbləri ilə yanaşı, respublikanın ilk illərinə aid maraqlı məlumatlar da yer alıb. Maraqlısı isə odur ki, Lətifə xanımın məktubları karandaşla yazılıb.

Məktubda Lətifə xanımın İsmət Paşa ilə aralarında olan söhbətləri də yer alıb. O, məktubda İsmət Paşaya müraciət formasında bildirir ki, mən evdən birdəfəlik olaraq çıxmadım:

"Nə əşya aldım, nə də almaq məqsədilə əşyalardan danışdım. Paşam, bu evi birdəfəlik tərk edirəmsə, əvvəlcədən bilim. Onsuz da Paşa həzrətlərinin hesabları, pulu və bütün evi mənə verilib".

Lətifə xanım məktubda onun üçün maddi və mənəvi dəyər daşıyan şəxsi əşyalarından da danışır. Bu siyahıya mərhum nənəsindən xatirə qalan üç ədəd şal və dəstəyi qızıl-sədəfdən olan bir tapança da daxildir.

Atatürkün həyat yoldaşının məktubunda diqqət çəkən məqam onun boşanacağı təqdirdə yalnız ailəsi tərəfindən verilən xüsusi əşyaları tələb etməsidir.

Məktubları hərraca çıxaracaq kolleksioner Kamal Can Süleymaniyyə qeyd edir ki, Lətifə xanım məktubun sonunda bu günə qədər olduğu kimi, bundan sonra da paşanın lehinə və əleyhinə heç bir söz işlətməyəcəyini bildirib.

Süleymaniyyə deyir ki, məktubun sirrinin pozulmaması və onu hərracda alacaq adamın haqlarını pozmamaq üçün məktubda yazılanlar haqqında daha ətraflı məlumat verməyəcək.

Süleymaniyyə qeyd edir ki, hərracda satılacaq əşyalar arasında Atatürkün imzası olan bir fotoşəkil, 1891-ci ildə Osmanlı torpaqlarında ilk dəfə qurulan bir sığorta firmasının sənədi, Qanuni Sultan Süleymanın Ərzurum Bəylərbəyinə göndərdiyi fərman da var. O, həmçinin, hərracda kolleksionerlərin marağına səbəb olacaq bir çox fotoşəkil, cib saatı, Osmanlı medal və nişanları kimi 1500-ə qədər müxtəlif əsərlər də təqdim edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1601   Tarix: 16 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185