Oğurlanmış qızların ilk videosu yayıldı-VİDEO
Nigeriyada silahlılar tərəfindən oğurlanmış 100 qızın yeni videosu yayılıb.
BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, videogörüntüləri internetə "Boko Haram" silahlılar qrupunun lideri Abubəkir Şekay buraxıb. O, qızların görüntüləri ilə bərabər danışıqlara hazır olduğunu bildirib və öz bəyanatını da verib.
Abubəkir saxlanılmış bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib. Onun sözlərinə görə, əsir götürdükləri qızlar dinlərini dəyişərək müsəlman olublar. Bu gün paylaşılan videoda qızların Qurandan ayələr oxuyurlar.
Xatırladaq ki, "Boko Haram" silahlı qrupu 14 aprelin Nigeriyada 200-dən çox qızı oğurlayıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş