Dua ibadətdir
Mənbə: http://zikr.az
Dua sözünün mənası çağırış deməkdir. Dua edən öz Rəbbinə üz tutaraq Onu köməyə çağırır. Duaları qəbul edən, çağırışlara cavab verən yalnız Uca Allahdır. Dua ibadətdir. Odur ki, dua edən yalnız Allahdan istəməlidir. Allahdan qeyrisinə dua edib nəsə istəmək Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür.
Dua insanı Allaha yaxınlaşdıran ən gözəl ibadətdir. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah üçün duadan daha əziz heç nə yoxdur". (ət-Tirmizi, 3370, 3696).
Allaha doğru açılan əllər geriyə boş qaytarılmır. Allah Elçisi buyurmuşdur: "Həqiqətən, sizin Rəbbiniz həyalıdır, səxavətlidir; əllərini Ona doğru qaldırıb dua edən qulunun əllərini boş qaytarmağa həya edər". (Əbu Davud, 1490).
Allaha dua etdikdə üç şeydən biri baş verir. Peyğəmbər demişdir: "Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər". Əbu Səid dedi: "Elə isə duaları çoxaldaq!" Allah Elçisi dedi: "Allah daha çox verəndir!" (əl-Buxari "Ədəbul-Mufrad" 710).
Allahdan nə qədər istəmək lazımdır? Allah Elçisi demişdir: "Biriniz Allahdan istədikdə, çox istəsin, çünki o, öz Rəbbindən istəyir".
Tələsməyənin duası qəbul olunur. Peyğəmbər demişdir: "Biriniz "Mən dua etdim, amma duam qəbul olunmadı" deyərək tələsmədikcə, duası qəbul olunar". (əl-Buxari, 6340).
Ən fəzilətli dua hansıdır? Allah Elçisi demişdir: "Qulun "Allahım, Səndən dünya və axirətdə salamatlıq diləyirəm" (Allahummə inni əs'əlukəl-muafətə fid-dunyə vəl-əxirati) - duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur".
Xoş gündə Allahı xatırla ki, Allah da səni dar gündə xatırlasın. Peyğəmbər buyurdu: "Kimi sıxıntı və kədər anında duasının qəbul olunması sevindirirsə, qoy xoş günündə duasını çoxaltsın".
Rədd olunmayan dualar
Allah Elçisi demişdir: "Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası".
Allah Elçisi buyurdu: "İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan verildikdə və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua". Həmçinin, Peyğəmbər dedi: "Və yağış vaxtı!"
Allah Elçisi buyurdu: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası".
Peyğəmbər demişdir: "Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası".
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 6997 Tarix: 11 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E
01.05.2021 4146 Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı
Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya
27.04.2020 3495 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü
08.05.2021 2065 Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul
02.05.2021 2822 İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onları
26.03.2020 5917 "Təzəpir" məscidində bayram namazı qılındı
"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd
21.07.2021 1701 İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR
İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he
26.09.2020 2436 Məscidlər açılır? - Hacı Şahin DANIŞDI
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v
18.09.2020 3732 Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)
Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı
12.04.2020 5175