Qidaları alarkən və saxlayarkən çox diqqətli olun

Qidaları alarkən və saxlayarkən çox diqqətli olunHəyatımızın davamı üçün əhəmiyyət daşıyan qida maddələrini alarkən, ya da saxlayarkən lazım olan diqqəti göstəririkmi? Qidaların alınmasından hazırlanmasına və bişirilməsinə qədər keçən hər mərhələdə məqsədin həm qidanın gigiyenasını təmin etmək, həm də qida dəyərini qorumaq lazım olduğunu bilirsinizmi? Bütün qidaları alarkən əvvəlcə son istifadə tarixlərinə və qabının zərər görməmiş olmasına diqqət yetirmək lazımdır.

Nələrə diqqət vermək lazımdır?

Bütün qidaları alarkən son istifadə tarixi, qabının zərər görməmiş olması kimi xüsusiyyətlərinə baxılaraq alınmalıdır.

Çörək və bənzəri qidaları alarkən qab içində olanları seçmək daha etibarlıdır. • Kartof alarkən yaşıllanmamış, yarıq və çatlaqları olmayanların seçilməsi lazımdır.

Pastorizə olmayan süddən hazırlanmış pendir istehlak edilməməlidir. Bu səbəblə açıq pendirlər yerinə bağlı qutularda almaq daha etibarlı olacaq.

Süd, hazır meyvə şirəsi alarkən UHT (Ultra High Temperature) üsulu ilə qablaşdırılan Tetra Pak qutuda olanlar seçilməlidir. Bu məhsullar qida dəyərini daha az itirmiş olanlardır və istifadə edilən üsul gigiyenik olaraq ən etibarlı texnologiyayla hazırlanıb qablaşdırılan üsuldur.

Yaxşı bişməmiş ət məhsullarının istehlakı bəzi mikroorqanizmlərin bulaşması baxımından olduqca riskli və təhlükəlidir.

Plastik qablarda saxlanan turşulu qidalar, içində olduqları qablarla təmas edərək zərərli maddələrin qidanın içinə keçməsinə səbəb ola bilər. Məsələn, turşu və portağal suyu kimi qidalar plastik qablarda saxlanmamalıdır. Pəhriz məhsulların alınmasında nələrə diqqət yetirmək lazımdır?

Bütün dünyada olduğu kimi Azərbaycanda da köklüyün və buna bağlı olaraq yaranan xəstəliklərin gedərək artmasıyla aşağı kalorili məhsullara olan tələb artmışdır. İstehlakçılar bu məhsulları istifadə edərkən üzərində "light", "%0 yağlı", "pəhriz", "şəkərsiz"" kimi sözlərə rast gəlirlər. Bir məhsulun "light" olması və ya şəkərsiz olması o məhsulun kalorisinin aşağı olduğunu göstərmir. Bir məhsulun "light" olması bu məhsulun yağının və ya kalorisinin azaldılmış olduğu mənasına gəlir. Ancaq yağı azaldılmış məhsul mütləq aşağı kalorili olmaq məcburiyyətində deyil. Çünki məhsulun yağının azaldılması əməliyyatı əsnasında yağı azaldılarkən digər qida elementlərinin məzmunu arta bilər. Qarışdırılan digər bir məsələ üzərində "pəhriz" yazılan məhsulların kalorisiz olub istənildiyi qədər yeyilə biləcəyi düşüncəsidir. Halbuki bu mümkün deyil, pəhriz biskvit olaraq satılan məhsullar markasına görə fərqlilik göstərməklə birlikdə ortalama 2-3 ədəd pəhriz biskvitin kalorisi 1 dilim çörəkdəki kaloriyə bərabərdir.

Şəkər xəstələri üçün bazarda "dietik" etiketi ilə satılan məhsullarda şəkər yerinə süni dadlandırıcılar istifadə edilir. Bunların yağ miqdarları azaldılmış olmaya bilər. Bu vəziyyətdə zəifləmə pəhrizlərində istifadəsi uyğun olmayacaq.

Bu məhsulların bazardakı yeri qaçınılmazdır. Ayrıca artan xəstəliklərlə birlikdə bu məhsul növləri həyatımızda iştirak etməlidir. Ancaq məhsulun üzərində məhsul haqqında daha detallı məlumatlar ehtiva edən etiketlər olmalıdır. Bu, həm məhsulun daha etibarlı olmasını, həm də məhsuldan daha məhsuldar bir şəkildə faydalanmağı təmin edəcək.

Bununla birlikdə bu məhsulların qida mühəndisləri kimi mütəxəssislərin iştirak etdiyi müəyyən təşkilatlar tərəfindən nəzarət edilməsi lazımdır.

Etiketlərin mənaları

Dietik: Şəkər yerinə dadlandırıcı ilə hazırlanmış məhsullardır. Məhsulun yağı və kalorisində azalma olmaya bilər.

Light:Yağı 40 faiz azaldılmış məhsul və ya kalorisi 25 faiz azaldılmış mənasını verir.

Pəhriz: Kalorisi azaldılmışdır, ancaq içində şəkər ola bilər.

Bazarda olan bu cür məhsulların bəziləri ölkəmizə idxal edilir. Xaricdə bu məhsulların istehsal mərhələsindən etiketlənilməsi və istifadəyə verilməsinə qədər keçən bütün müddətlər peşəkarcasına icra edilir və yoxlamalar müəyyən təşkilatlar tərəfindən həyata keçirilir. Bu məhsullarda olan etiketlərdə istehlakçını məlumatlandıran və qidanın məzmunu ilə əlaqədar hər cür məlumat var. Ancaq ölkəmizə girişi əsnasında bu etiketlərin bəziləri Azərbaycan dilinə tərcümə edilmir. Bu isə istehlakçıların məlumat əldə etmələrini çətinləşdirir.

Qidaları saxlayarkən nələrə diqqət verilməlidir?

Bişmiş qidalar soyuducuda saxlanarkən rəfin ən üstündə saxlanmalıdır. Bunun sayəsində çiy və mikrob saxlaya biləcək olan qidalardan bişmiş qidanın içinə axmasının qarşısı alınır. Xüsusilə çiy ət və toyuq kimi qidalar rəfdə saxlanarkən, rəfin ən alt hissəsində saxlanılmalıdır.

Yağlar sərin, işıqsız mühitdə saxlanmalıdır.

Yumurta soyuducuda yumadan saxlansa, qida dəyərini qorumuş olar. Ancaq istifadədən dərhal əvvəl xarici səthi yaxşıca yuyunmalıdır.

Qidaları açıqda saxlayarkən istilik və nəmə diqqət yetirilməlidir. Məsələn, kartof işıqlıqda yaşıllaşır. Bu səbəblə sərin, quru və işıqsız bir rəfdə saxlanmalıdır. Çörək iki gündən çox saxlanacaqsa, açıq havada deyil, soyuducuda saxlanmalıdır. Hazırlama və bişirmədə qida dəyərini artıran bəzi təkliflər

Xəmiri mayalandırmaq qida dəyərini artırar

Ağ un yerinə tam buğda unu qida dəyəri olaraq daha yüksəkdir

Şəkər yerinə bəkməz istifadəsi hazırlanan qidanın qida dəyərini artırar

Çörək çox qızardılsa, qida dəyəri azalar

Tərəvəzlər qovruldub və ya qaynadılıb suyu süzülərsə, qida dəyəri azalar

Qatığın yaşıl suyu atılmamalıdır. Çünki riboflavinlə (B2 vitamini) zəngindir. Qatıq istehlak edilmədən dərhal əvvəl qarışdırıla bilər, ya da keks, qoğal kimi qidalar hazırlanarkən istifadə edilə bilər.

Təzə meyvə suları və doğranmış tərəvəzlər açıqda buraxılsa və ya dərhal istehlak edilməzsə, qida dəyəri azalar.

Qidaların təməl olaraq ən yaxşı bişirmə forması qovrulmadan və kövrək atəşdə bişirilməsidir. Qida dəyərini itirməməsi üçün qovrulmaması, qızardılmaması lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3966   Tarix: 05 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580