Bu gün 9 May - Qələbə Günüdür
130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 69 il keçir.
BiG.AZ, Oxu.Az-a istinadən xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1380 Tarix: 09 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Radikal islamçılar Qərb ölkələrində yəhudilər və xristianları yenidən hədəf alır - POLİTOLOQDAN AÇIQLAMA
İki gün öncə Avstraliyada radikal islamçılar tərəfindən Hanuka bayramında yəhudiləri hədəf alan dəhşətli terror aktında 16 nəfər öldürüldü, 50-dən çox şəxs isə yaralandı. Avstraliya polisi terror aktının İŞİD terror təşkilatı tərəfindən törədildiyini açıqladı. Almaniyada isə Milad bayramı ərəfəsind
16.12.2025 402 Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16.12.2025 398 Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"
16.12.2025 371 Tayland və Kamboca arasında şiddətli döyüşlər davam edir
Tayland və Kamboca arasında döyüşlər davam edir. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Tayland ilə Kamboca orduları arasında sərhəd boyunca atışmalar və döyüşlər artıq ikinci həftəyə daxil olub. Əsas səbəb uzun müddətdir davam edən sərhəd mübahisəsidir ki, bu da hər iki tərəfi silahlı qarşıdurmay
16.12.2025 310 Rusiya DW-ni "arzuolunmaz təşkilat" elan edib
Rusiya Dövlət Prokurorluğu Almaniyanın Deutsche Welle media qurumunu "arzuolunmaz təşkilat" kimi elan edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, bu qərar Rusiya Dumasının (parlamentin aşağı palatası) çağırışından sonra və Baş prokurorluğun dəstəyi ilə qəbul olunub. DW-nin Rusiyad
16.12.2025 231 Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın
Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun
16.12.2025 348 Ukraynada vəziyyət gərginləşir - ailələr məcburi təxliyə edilir
Ukrayna Donetsk Xalq Respublikasının (DXR) Svyatoqorsk şəhərindən ailələrin məcburi təxliyəsinə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Rus Baharının Müharibə Müxbirləri" (RusVesna) adlı Telegram kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna hakimiyyəti təhlük
11:06 128 Süni intellekt heç bir sirr saxlamır: Ona deməməli olduğunuz şeylər
Süni intellekt sirləri saxlamır. Çat-botlara heç vaxt daxil edilməməli məlumatlar. xarici mediaya istinadla əsas məqamları təqdim edir. Çat-botlara "ictimai açıqca" kimi yanaşmaq lazımdır və məlumat sızmasının qarşısını almaq üçün kart nömrələri, ünvanlar və digər həssas məlumatlar heç vax
16.12.2025 276 "Gənclər apteklərdən narkotik maddə alıb çəkir" - Yenilənib
"Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəy
16.12.2025 497