Bayram süfrəsi üçün ləziz menyular

Bayram süfrəsi üçün ləziz menyularBayram süfrəsi üçün ləziz menyular!

1.Zeytun Pərvərdə

1 stəkan qoz ləpəsi
4 stəkan yaşıl zeytun - yumru-yumru doğrayın
1 ədəd kiçik baş soğan - xırda-xırda doğrayın
1 stəkan nar dənəsi (əgər narın mövsümü deyilsə, axta albalı ilə əvəz edə bilərsiniz)
2 xörək qaşığı sirkə
2 xörək qaşığı narşərab
3 xörək qaşığı zeytun yağı
Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın. Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.

2.Kəklikotlu Pomidor Şorbası

4-6 porsiya üçün nəzərdə tutulub
2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
Duz-İstiot
Üstü Üçün:
Sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin. Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.
Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.
Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri qoyub süfrəyə verin.

3.Heyvalı Və Zəfəranlı Toyuq

6 porsiya üçün nəzərdə tutulub:
4 ədəd orta boy heyva (təxminən 1 kg)
6 qaşıq duru yağ
2 çay qaşığı zəfəran teli
1.5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti
1 ədəd doğranmış orta boy baş soğan
0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
10 ədəd quru qavalı
Duz-istiot
Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır. Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatışana qədər bişirin.
Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər bişirin.

4.Hil Və Limonlu Şirin Çörəkli

24 balaca bulka üçün:
1 paket (2 1/4 çay qaşığı) quru maya
1/4 stəkan ilıq su
1/2 stəkan xama (smetan)
1/3 stəkan şəkər tozu
1/4 stəkan kərə yağı - əridib soyudun
1 çay qaşığı vanil ekstraktı (və ya bir çimdik vanilin)
3/4 çay qaşığı duz
1 ədəd iri yumurta - yüngülvari çalın
2 1/3 stəkan ağ un (təxminən 300 g)
İçi Üçün:
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. Əgər yoxdursa, adi şəkər tozundan istifadə edin). 1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı. 3/4 çay qaşığı hil və 2 xörək qaşığı kərə yağı.

Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı suda həll edin. Qoyun 5 dəqiqə kənarda qalsın.
Xama və digər 5 ərzaqı (un əlavə etməyin) iri bir qaba qoyun və yaxşı qarışdırın. Üstünə mayalı suyu əlavə edin və qarışdırın. Sonra isə unu əlavə edib xəmir yoğurun. Xəmiri bir az unlanmış masanın üstünə qoyun. Elastik olana qədər yoğurun. Xəmirin iri qaba qoyub üstünü örtün. Qoyun isti yerdə acısın. Bu müddət ərzində xəmir ikiqat şişməlidir.
İçi hazırlamaq üçün yağdan başqa bütün ərzaqları bir qabda qarışdırın. Xəmiri iki yerə bölün və kündələyin. Birinci kündəni oxlovla 30 X 25 sm ölçülərində dördbucaq şəklində açın. Üstünə 1 x. qaşığı yağ sürtün. Sonra için yarısını üstünə səpin. Xəmiri yavaşca rulet kimi bükün. Sonra bu ruleti 12 yerə bölün - hər tikə 2.5 sm uzunluğunda olmalıdır. O biri kündəni də eyniylə birinci kündə kimi açın, içini yağlayıb doldurun, bükün və kəsin. Alınan çörəkləri təxminən 33 x 22 sm ölçüləri olan yağlanmış formaya düzün. Üstünü dəsmalla örtün və 30 dəqiqəlik kənara qoyun ki, çörəklər gəlsin.
180 C dərəcədə sobada üstü bir az qızaranadək, yəni təxminən 25 dəqiqə bişirin. Sobadan çıxardıb formada 5 dəqiqə soyudun. Şəkər kirşanı və limon suyunu yaxşıca qarışdırıb qaşıqla isti bulkaların üstünə gəzdirin.

Nuş olsun!!!

BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7093   Tarix: 31 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024