Dior tarixi geyimlərini Çində sərgiləyəcək
Çinin Çendu şəhərində Dior moda evinin "Le Petit Théâtre Dior" sərgisi keçiriləcək. Chengdu IFS univermağındakı ekspozisiya mayın 31-dən iyun 20-dək açıq olacaq.
"Le Petit Théâtre Dior" sərgisi Parisdə 1945-ci ildə açılan "The Theatre of Fashion" ekspozisiyasından ilhamlanaraq təşkil edilib. O zaman ekspozisiyanın məqsədi müharibədən sonra cəmiyyətin diqqətini dünyada hələ də gözəl şeylərin olduğuna yönəltmək idi. Lakin məhdud maliyyələşdirməyə görə bütün modellər miniatürdə təqdim olunub. Sərgidə hər şeydən başqa Haute Couture yaz-yay 2013 kolleksiyasından Cennifer Lourensin ilk "Oskar" geyimi, 50-ci illərdən olan bal geyimləri və miniatür Bar jaketləri də var.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş