Qızlar süpürgəçini döymək istədi - VİDEO
Təmizlik işçisinin "yerə zibil atmayın" deməsi qızları özlərindən çıxarıb.
BiG.AZ saytı axar.az saytına istinadən xəbər verir ki, Türkiyənin Zonquldaq əyalət bələdiyyəsinin ərazinisində yerləşən Qazıpaşa küçəsini süpürən şəxslə 3 qız arasında mübahisə yaranıb.
Qızlar onların yerə kağız, plastik butulka atmasına etiraz edən süpürgəçinin iradına kobud reaksiya veriblər.
Qızlardan biri əlindəki meyvəni yerə ataraq təmizləməyi əmr edib. Bütün bu gərgin anlar kameralar vasitəsi ilə çəkilib.
Xatırladaq ki, bu kimi hallar Türkiyədə ilk dəfə deyil baş verir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş