Mənim ailəm mənim qalamdır!

Mənim ailəm mənim qalamdır!

"İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır" (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.
Bir ayədə belə buyrulmuşdur:
"Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?" "İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir."

Mənim ailəm mənim qalamdır!Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir.
O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq daha gözəldir, nəinki tək.

Mənim ailəm mənim qalamdır!Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin, hər anıyla daha da mənalaşmasının şahidi olurlar.
Bu düşüncələrdən yola çıxaraq, mən deyərdim ki, ailə də bir Vətəndir. Bu Vətənin sakinləri bir-birinə bağlılıqları ilə öz yuvalarında hey püxtələşir, törəyir, yeni-yeni nəsillər yetişdirirlər.

Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir. Ən azından belə olmalıdır. Ailə bizim gələcəyimizdir, bizi özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır.

Mənim ailəm mənim qalamdır!İndi nə ataxaqanlıq, nə anaxaqanlıq dövrüdür. Sağlam düşünən insan anlamalıdır ki, hər kəsin öz haqqı, hər əməlin, hər sözün öz yeri var. Bir-birlərimizin haqqını tapdalamadıqca, bir-brimizə hörmət etdikcə və bir-birimizi sevdikcə ailəmiz də möhkəm qalar, ailə qalamız da möhkəm təməl üstündə qurular. Mənim ailəm – mənim qalam! (Silovan Ramişvili)
Həqiqətən də ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb yaşadığın. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun dəyəri ölçülməzdir.
Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 13668   Tarix: 07 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3