Zikr nədir?
Mənbə: http://zikr.az
Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə belə buyurur: "Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Ta ha, 14).
Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir: "Allah kəlmələrdən dördünü seçdi: "Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər". Kim "Subhənəllah"- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim "Allahu Əkbər"- deyərsə, eynilə olar. Kim "Lə iləhə illəllah"- deyərsə, eynilə olar. Kim ürəkdən "Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)"- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər."
Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Peyğəmbər yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.
Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (əl-Buxari, 6856).
Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir: "Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir".
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 5718 Tarix: 18 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Təzəpir" məscidində bayram namazı qılındı
"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd
21.07.2021 1701 Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?
Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə
02.02.2020 3775 Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı
Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya
27.04.2020 3495 Aya Sofya 86 ildən sonra ibadətə açıldı
Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak
24.07.2020 3182 İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onları
26.03.2020 5917 Heydər məscidində Qurban bayramı namazı qılınıb
Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib
31.07.2020 2512 Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü
08.05.2021 2065 Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin
08.10.2019 3062 Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?
Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda
04.10.2020 6516