Qızların yataq otaqları - FOTO

Riverboom fotoqrafçılar kollektivindən Gabriele Galimberti və Edoardo Delille dünyanın bir çox ölkələrini gəzərək 18-30 yaşlarında qızların yatdığı evlərdə sənədli fotolar çəkiblər.

Onlar aşkar ediblər ki, qızlar üçün yataqları təkcə başlarını qoyub yatdıqları yer deyil – onlar yataq otaqlarında oxuyur, işləyir, oynayır, xəyallara qapılır və sevirlər.

19 yaşlı Leng Tonlé Sap gölünün yaxınlığında, ayaqlıqlar üzərində tikilmiş evdəki yataq otağında.

"Bu yataq otaqları onlarda yaşayan qızların tarixinin, mədəniyyətinin, alışqanlıqlarının və sosial statusunun güzgüsüdür. Bu otaqlar həmçinin bu gənc qızların dünyasına pəncərədir", - fotoqraflar deyir. 23 yaşlı Bogol Antonie-nin uşağı var və yaşadığı kənddə boşanmış yeganə qadındır. Deyir ki, əri onu döyürmüş, ona görə də indi valideynlərilə yaşayır.

20 yaşlı Gessiane və Jessica Tiago da Silva ekizlərdir və 6 uşaqdan ən kiçiyidir. Onlar Braziliyada, Rio de Janeyronun Santa Marta gecəqondusunda valideynlərilə birgə yaşayır.

19 yaşlı Berenice Hernandez Meksikada doğulub və 3 yaşı olanda ailəsilə birlikdə Las Veqasa köçüb. 14 yaşında məktəb yoldaşı onu döyəndən sonra boksçuluğu öyrənib. 17 yaşında ABŞ-ın 18 yaşdan aşağılar arasında boks çempionu olub.

30 yaşlı Suraya Moledina Fransanın Nitsa şəhərində doğulub. Anası fransız, atası hindistanlıdır. 6 il öncə o, Parisə köçüb və indi dayısının evində yaşayır. "Qrafik dizayner kimi aldığım maaş Parisdə yaşamaq üçün yetərli deyil", - Suraya deyir. "Şəhər həqiqətən çox bahalıdır, ona görə də kiçik bir biznesə başlamışam. Mən yemək bişirməyi çox sevirəm, ona görə də, turistlər və aşbazlıq turları üçün kurslar təşkil edirəm".

22 yaşlı Enas Sherif Misirdə, Qahirədə valideynlərilə yaşayır. Onun evdə öz otağı var və çarpayısının arxasındakı şəklə görə qürur duyur. "Bu şəklə baxandan sonra yuxumda Misirdən uzaqdakı yerlərə gedib çıxıram", - o deyir. Eneas-ın arzusu var - o Misir Hava Yolları şirkətində stüardessa olmaq istəyir.

26 yaşlı Kandas Bas yoqa müəlliməsi və DJ-dir. O, İstanbulda, Qalata Qülləsindəki kiçik mənzildə yaşayır. Evinin ən bəyəndiyi cəhətləri - Qızıl Buynuz tərəfə baxan gözəl mənzərə və pişikləridir.

29 yaşlı Jacqueline Jane Jauculan Filippində doğulub, amma 10 ildir ki, Əbu-Dabidə yaşayır. Onun mənzili şəhərin mərkəzindəki göydələnin 36-cı mərtəbəsindədir.

Aisha Mohammedin 25 yaşı var. O da BƏƏ-də, Əbu-Dabidə yaşayır və turizm və əl işləri sahələrində işləyir. "Ən sevdiyim müştərilər italyanlardır. Çox səs-küylü və sevinclidirlər! Yay vaxtı temperatur 55 dərəcəyədək olur və küçədə tərpənmək olmur".

Qızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTOQızların yataq otaqları - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 15074   Tarix: 21 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 905
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 769
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 320
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 350
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 435
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 482
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 316
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 266
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 509