Təhsil Nazirliyinin avtobusları - FOTO

Təhsil Nazirliyinin avtobusları - FOTOTəhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərində müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş əmək kabinetlərinin təqdimat mərasimləri keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, 11 nömrəli internat və 26 nömrəli tam orta məktəblərə çoxsaylı KİV nümayəndələrinin mediaturu təşkil olunub.

Təqdimat mərasimlərində Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

İlk öncə 11 nömrəli internat məktəbdə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınmış 7 ədəd "Hyundai County" nəqliyyat vasitəsi təqdim olunub.

Nəzərə çatdırılıb ki, bu nəqliyyat vasitələrinin internat və idman məktəbləri şagirdlərinin ekskursiyaları, sərgi salonlarına və digər təhsil müəssisələrinə səfərləri zamanı istifadə olunması nəzərdə tutulub.

Sonra 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimat mərasimi keçirilib.

İnternat və ümumtəhsil məktəbləri şagirdlərinin əmək kabinetlərində təşkil olunmuş inteqrativ dərsləri izlənilib. Həmçinin, qonaqlar şagirdlərin əmək kabinetlərində quraşdırılmış müasir avadanlıqlarla işləmək vərdişləri və yeni kabinetlərdəki dərs prosesi ilə yaxından tanış olublar.

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Ötən il 370 fizika, kimya və biologiya laboratoriyası müasir avadanlıqla təchiz edilib. Həmçinin, son 25 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili verilib və 37 kənd təsərrüfatı texnikası sifariş edilib.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489