Uşağınız ağlayırsa - depressi̇yanın əlamətləri̇

Uşağınız ağlayırsa - depressi̇yanın əlamətləri̇İnsan psixologiyasının durğun hallarından olan depressiyaya uşaqlarda da rast gəlinir. Uşaqlarda depressiya halları nisbəti yüzdə 3-5, yeniyetmələrdə yüzdə 4-8-ə qədər çıxır.

Araşdırmalara görə, qız uşaqları onları narahat edən, incidən hadısələrə qarşı reaksiya verməkdən daha çox içlərində çəkirlər. Buna görə oğlanlardan fərqli olaraq, qızlarda depressiv əlamətlər daha az görülür.

Uşaqların depressiv hallar yaşamasına ailə daxili münaqişələr, valideynlər arasında tez-tez söz-söhbətin, mübahisənin olması, tərkedilmə qorxusu və itkilər səbəb olur. Stress altında olan uşaqlar, diqqət əskikliyi, davranış, öyrənmə pozğunluğu olan uşaqların da depressiya yaşama riski yüksəkdir.

Bəzən uşaqlarda yaşanan depressiya fərqli şəkildə özünü büruzə verir. Körpələrdə depressiya əlamətləri həddən çox ağlamaq, narahatlıq, tündxasiyyətlilik, iştahanın azalması, qusma, ishal, çəki azalması, fiziki inkişafda geriləmə ilə özünü göstərir. Uşaqlarda isə depressiya kədər, sıxıntı, marağın itməsi, baş, qarın ağrısı kimi şikayətlərlə ortaya çıxa bilər.

İnsanlarla vaxt keçirməyi sevən uşaq artıq tək qalmaq istəyirsə və əvvəl onu əyləndirən şeylər sevindirmirsə, bu, onda depressiyanın əlamətidir. Bu cür uşaqlar hadisələrdən dolayı tez-tez özünü günahlandırar, özünə güvəni azalar, çəkingən olar, intihardan bəhs edər.

Depressiya yaşayan yeniyetmələr isə özlərini yaxşı hiss etmək üçün siqaret, spirtli içki və narkotik maddədən istifadə edirlər. Evdə və məktəbdə nizam-intizamı pozan uşaqlarda da depressiya ola bilər. Depressiya uşaqlarda diqqət əskikliyinə, dərs nailiyyətlərinin azalmasına yol açır.

Depressiyanın əlamətləri hansılardır?

- Tez-tez kədərli olub ağlamaq.

- Yuxu pozğunluğu və yemək vərdişlərində dəyişikliklər.

- Sevdiyi oyunlara marağın itməsi.

- Enerji əskikliyi.

- İnsanlardan uzaqlaşmaq, soyumaq.

- Hörmət əskikliyi və özünü günahlandırmaq.

- Qəzəb, dalaşqan olmaq.

- Diqqət əskikliyi, məktəbdə uğursuzluq.

- Baş və qarın ağrısı kimi şikayətlər.

- İntihar, yaxud özünə zərər vermək haqqında düşüncələr.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1329   Tarix: 18 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

TOP MP3