Bakıda Qafqazın ən böyük məscidi tikiləcək
Giriş qapılarında altı eskalator quraşdırılacaq.
Azərbaycanın paytaxtında nadir memarlıq nümunəsi olan məscid tikilir.
BiG.AZ AzərTAc-a istinadən xəbər verir ki, bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaq. Bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək.
Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.
Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub.
Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaq. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlanıb. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir.
Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaq.
Ümumiyyətlə, nadir memarlıq nümunəsi olan məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq.
Layihədə əlilliyi olan möminlər də nəzərə alınıb. Onların məscidə rahat giriş və çıxışı üçün bütün zəruri şərait yaradılacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4479 Tarix: 17 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Düşünmək dələduzluğun ən böyük düşmənidir!
Kiber dələduzlar xəstə uşaqlar adından səhifələr açıb insanların heysiyyətinə toxunan paylaşımlar edərək onlardan pul yığırlar. Bu cür dələduzları necə müəyyən etməli və onların qazdığı quyuya düşməmək üçün hansı tədbirləri görməliyik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İnformasiya Texnologiyalar
17.12.2025 194 Vanqanın 2026 kəhanəti: Nələr olacaq?
Məşhur bolqar kahin Vanqanın 2026-cı il üçün ekoloji fəlakətlər, geosiyasi problemlər və texnoloji irəliləyişlər barədə proqnozu yayılıb. məşhur görücüyə aid edilən proqnozu təqdim edir:. Təbii fəlakətlərin əlamətləri. 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və fəlakətl
17.12.2025 323 Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib
Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy
17.12.2025 219 Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö
17.12.2025 203 Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov
17.12.2025 381 Uşağa qadağan edilməməli olan şeylər - İradəni iflic edən 4 tabu
Hər bir valideyn ən azı bir dəfə uşağın təşəbbüsünü kəskin şəkildə dayandırmaq istədiyini hiss edib. Lakin psixoloqlar xəbərdarlıq edirlər: elə qadağalar var ki, onlar uşağın iradəsini sındırır və ömür boyu iz buraxır. bu 4 tabunu təqdim edir:. Bu qadağalar xırda görünə bilər, amma məhz onlar uşağı
17.12.2025 236 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 295 Aparıcı nüvə alimini evində öldürdülər
ABŞ-da termonüvə sintezi sahəsində aparıcı alim qətlə yetirilib. xarici mediaya istinadla bildirir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) Plazma Fizikası və Termonüvə Sintezi Mərkəzinin direktoru Nuno Lureyro odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Alim bazar ertəsi, dekabrın 16-d
17.12.2025 214 Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)
Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin
10:11 75