Bakıda Böyükşor Bulvarı salınacaq

Bakıda Böyükşor Bulvarı salınacaqİlham Əliyev Boyükşor gölünün taleyindən danışdı

"Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada "Avro-4" standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır".

BiG.AZ "Qafqazinfo"ya istinaden xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bazar günü keçirilən iclasında deyib. İ. Əliyev bildirib ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcək: "Ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik.

Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.

Birinci mərhələdə gölün Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.

İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5331   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır

Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçü

10:40 192
.

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanı

18:04 154
.

Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb. "Əgə

16:00 154
.

"Hyundai" 400 mindən çox avtomobili geri çağırır - SƏBƏB

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" proqram təminatındakı xəta səbəbindən ABŞ-dən 421 mindən çox avtomobilini geri çağırır. xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Məlumata görə, sözügedən problem avtomobillərdə qəfil v

10:10 155
.

Tramp oğlunun toyunda iştirak edə bilməyəcək

ABŞ Prezidenti Donald Tramp dövlət işləri səbəbindən böyük oğlu Donald Tramp-kiçiyin toyunda iştirak edə bilməyəcəyini açıqlayıb. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb. ABŞ lideri ailəsi ilə birlikdə olmaq istədiyini, lakin hökumə

13:00 160
.

Bu aktyorlara 11 min manatadək ödəniş ediləcək - SİYAHI

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) daha bir qrup aktyorla əməkdaşlığa başlayıb. BİG.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, AzTV bununla bağlı aktyorlarla müqavilə bağlayıb. Müqavilədə müxtəlif seriallar üzrə xidmətin satın alınması nəzərdə tutulur

10:50 203
.

Venesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb

Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb. "Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirind

10:20 155
.

Kaliforniyada kimyəvi maddə sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ştatda baş verən kimyəvi maddə sızması ilə əlaqədar Orinc dairəsində fövqəladə vəziyyət rejimi elan etdiyini bildirib. xəbər verir ki, Nyusom bu barədə "X" sosial şəbəkəsində yazıb. Xatırladaq ki, hadisə mayın 21-də "GKN Aerospace"

18:50 97
.

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mayın 25-də İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək

18:06 135
.

TOP MP3