Kişilərə xəbərdarlıq: qadınlara bu sözləri əsla deməyin!

Kişilərə xəbərdarlıq: qadınlara bu sözləri əsla deməyin!Əziz kişilər, bir qadınla münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, hər şeydən əvvəl həmin qadınla ünsiyyətinizə fikir verməlisiniz. Qadınlarla söhbət zamanı özünü həmcinsi ilə danışırmış kimi hiss etmək kişilərin ən böyük səhvidir. Bütün bunlardan əlavə həm də qadınların qəlbinə gedən yolu tapmaq üçün onların sevmədiyi sözlər, ifadələr barəsində də məlumatlı olmalıyıq. Budəfəki məqalədə sizə elə bu barədə məlumat verməyə çalışacağıq. Beləliklə, qadınları əsəbiləşdirən ən məşhur cümlələr:

Mənimlə sevgili olarsan?

Bir qadınla münasibətiniz zamanı əsla belə bir cümlə qurmayın. Çünki qadınlar həmişə idarəni öz əlində saxlamağı bacaran kişilərə üstünlük verirlər. Onlar üçün ideal kişi tipi fikirləri yanlış olsa belə, öz dediyini qadına qəbul etdirməyi bacaran şəxslərdir. Buna görə də sizin qadına qarşı belə bir cümlə qurmağınız onda sizin özünüzə inamınız barədə mənfi rəylər formalaşdırır. Bu cümlənin əvəzinə, "Bəlkə birlikdə nəsə edək?" və ya "Telefon nömrəni verə bilərsən?" tipli cümlələr daha özünə əmin səslənir.

Səni öpə bilərəm?

Bir qadından əsla onu öpmək barədə icazə istəməyin. Bu sual qadını kişinin gözündə uşaq kimi göstərir. Ümumiyyətlə, edəcəyiniz hərəkətlərlə bağlı qadından icazə almağınız onların gözündə heç də xoşagələn addım deyil.

Yersiz özünütərif

Kişi əsla evi, avtomobili və ya digər maddi varlıqlarından qadına təsir etmək üçün istifadə etməməlidir. Bu qadınların gözündə çox sadə və bəsit üsul hesab edilir və heç də sizin düşündüyünüz qədər təsirli vasitə deyil.

Axşam nə edək?

Kişilərin ən çox yol verdiyi səhvlərdən biri də budur. Çünki qadınlar plan və proqramı olan kişiləri daha çox sevirlər. Buna görə də çalışın ki, ona belə sual ünvanlamaq əvəzinə, axşam üçün bütün planı hazırlayıb, daha sonra onu dəvət edəsiniz.

Məndən xoşun gəlir?

Əgər bir qadından sizdən xoşu gəlib-gəlmədiyini soruşursunuzsa, bu sualla siz onun gözündəki dəyərinizi itirirsiniz. Qadınlardan bu sualı soruşmağa heç bir ehtiyac yoxdur. Onsuzda o öz hərəkətləri və sözləri ilə sizin bu sualınızı cavablandıracaq.

Mesajıma niyə cavab vermədin?

Bir qadına əsla psixoloji təzyiq etməyə çalışmayın. Çünki qadın özünü günahkar kimi hiss etməyə başladığı an əsla rahat olmaz. Bu da münasibətinizin gələcəyinə mənfi yöndə təsir göstərər.

Bu vaxta qədər neçə sevgilin olub?

Qadının gözündə kişini hörmətdən salan cümlələrdən biri daha. Bu sualla siz özünüzə olan inamsızlığınızı bir daha hiss etdirmiş olursunuz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4300   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946