Aparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTO

O, televiziyaya hərəkətli xəbər üslubunu gətirir. Xəbər aparıcıları arasında öz sərbəstliyi ilə seçilir. Tamaşaçılar ilk vaxtlar bu yeniliyi qıcıqla qarşılasa və ciddi tənqid olunsa da, hər kəsi ekrana cəlb edə bilir. Məncə, cavabı özünüz tapdınız.

BiG.AZ xəbər verir ki, publika.az-ın "Kokteyl" layihəsinin qonağı bu həftə teleaparıcı Anar Nəcəfli oldu. Anar Nəcəfli kanaldan ayrılmağının əsl səbəbini, sevib, yoxsa valideynlərinin məsləhəti ilə ailə qurduğunu, həyat yoldaşının onda nəyi irad tutduğunu, həyatının ən xoşbəxt gününü və digər maraqlı məqamlara aydınlıq gətirdi.

"Həyat yoldaşım evdə bunu mənə irad tutur"

- Uşaqlıqdan bu vaxta qədər sizdə qalan vərdiş hansıdır?
- Uşaqlıqda mənə deyirdilər ki, səmada təzə ay görünəndə gərək mütləq salavat çevirməlisən. Ancaq bunu nəyə görə, etməli olduğumu başa salan yox idi. Uşaq olduğum üçün heçə nə anlamadan belə də edirdim. Təzə ay çıxanda o qədər salavat çəkirdim ki, bu vərdiş hələ də qalıb. Bəzən özümdən asılı olmayaraq, hələ də salavat çəkirəm. Edəndən sonra isə fikirləşirəm ki, görəsən niyə belə etdim. Nədənsə bu yadıma düşdü.

- Uşaqlıqda da çox danışırdınız və belə aktiv olmusunuz?
- Əslində, uşaq vaxtı çox dalaşqan olmamışam. Baxmayaraq ki, işim birbaşa danışmaqla bağlıdır, işdən kənarda elə indi də çox danışan deyiləm. Hətta həyat yoldaşım evdə mənə irad tutur ki, səndən söz qopartmaq mümkün deyil. Bəlkə də efirdə o qədər danışıram ki, gündəlik normanı doldurduğum üçün yoruluram (Gülürük). Uşaq vaxtı çox utancaq olmuşam. Bəlkə də evin tək oğlu olduğum üçün belə olub.

- Neçə bacınız var?
- 3 bacım var. Utancaqlığım məktəbi bitirənə qədər, hətta universiteti illərinə qədər davam edib. Universiteti bitirib hərbi xidmətə gedəndən sonra utancaqlığım yox oldu. Hərbi xidmət həqiqətən də bir oğlanın həyatında çox önəmli rol oynayır. Nahaqdan demirlər ki, əsgərlik kişilik məktəbidir. Əsgərlik oğlanı çox dəyişir, həyatın əsl üzünü öyrədir.

- Xəbərlərin yaxşı alınması üçün müxbirin, yoxsa ki, aparıcının rolu daha çoxdur?
- Hər hansı bir verilişin, xəbər buraxılışının hazırlanmasında böyük bir komanda çalışır. Verilişin yaxşı alınmasında hər kəsin rolu var. Sürücü çəkiliş qrupunun hadisə yerinə vaxtında çatdırmasa, operator hadisəni normal çəkməsə, müxbir süjeti tamaşaçılar üçün maraqlı yazmasa, montajçı süjeti yaxşı montaj etməsə, ortaya baxımlı bir xəbər çıxmaz. Bundan sonra ən ağır iş aparıcının üzərinə düşür. Xəbərlər efirdə yayımlananda tamaşaçı aparıcıdan başqa heç kimi görmür. Tamaşaçı üçün süjetin kim tərəfindən hazırlanması bəzən maraqlı deyil. O sadəcə məlumat əldə etmək istəyir. Buna görə də aparıcıdan çox şey asılıdır. Aparıcı da süjeti elə təqdim etməlidir ki, tamaşaçının informasiya boşluğunu təmin etsin, həmin xəbərə maraq oyatsın. Əks halda, tamaşaçı kanalı dəyişdirib, başqa xəbər buraxılışına baxacaq. Bu halda isə bütün komandanın gördüyü iş heç olacaq. Deməli, aparıcının məsuliyyəti, rolu çox böyükdür. Məni digər aparıcılardan fərqləndirən əsas xüsusiyyət bu idi. Xəbəri həmişə elə təqdim edirdim ki, tamaşaçının diqqətini çəksin, kanalı dəyişməsin. Nəticədə həm komandanın işi heç olmurdu, həm aparıcı sevilirdi, həm də bu kanalın xeyrinə işləyirdi.

- Paxıllığınızı çəkənlər çoxdur?
- Əgər ən baxımlı aparıcılardan biri olduğuma görə, soruşursunzusa, ola bilsin var idi. Ancaq bunun səbəbini anlaya bilmirəm. Bəlkə də hər gün efirdə olduğuna görə, hər kəs səni tanıyıb hörmət etdiyinə görə ola bilər. Bu mənada onları başa düşmək olar. Əgər tanındığıma, hər gün efirdə göründüyümə görə, yaxşı pul qazandığımı düşünüb paxıllıq çəkirlərsə, heç bir mənası yoxdur. Çünki biz də hamı kimi adi vətəndaşıq. Onlar kimi maaş alırıq, həyat tərzim başqalarında o qədər də fərqlənmir.

- Efirdə bir müddət görünmədiniz. Bu müddət ərzində sizdə nə dəyişdi?
- Efirdə görünməməyim məndə heç nəyi dəyişdirmədi. Mən öz peşəmi sevirəm və aparıcılıq üçün darıxıram. İnşallah yaxın vaxtlarda tamaşaçıları sevindərəcəyəm, məni yenidən efirdə görəcəklər. Bu müddət ərzində qazandığım tək şey oldu, ailəmə daha çox vaxt ayıra, uşaqlarımla doyunca vaxt keçirə bildim.

- Ümumiyyətlə, tanınmış adamlar efirdə görünməyəndə yaddan çıxırlar. Unudulmaqdan qorxmursunuz ki?
- Əgər insan həqiqətən də tanınırsa, sevilirsə heç vaxt yaddan çıxmaz. Fikrimcə, mən də bu insanların sırasındayam. Bu üzdən unudulmaqdan əsla qorxmuram.

- Aparıcılığın ən çətin və ən asan tərəfləri nədir?
- Hər bir işin öz çətinliyi var. Aparıcılığın da çətin tərəfləri var. Sənə minlərlə insan baxırsa və bunun bütün yükü aparıcının çiyinlərinə düşürsə, kimsə deyə bilməz ki, aparıcılıq asan sahədir. Hər yaşdan, hər sosial təbəqədən insan baxır. Aparıcı bütün bunları nəzərə almalıdır. Ancaq uzun müddət bu peşədə püxtələşən adamlar bu işin onlar üçün asan olmadığını etiraf edə bilər. Nə qədər püxtələşsən də, məsuliyyət qalır. Buna görə də, asan tərəflərinin olduğunu deyə bilmərəm.

"Çalışdığın insanlar bezdirici ola bilər"

- Efirdən bezdiyiniz anlar çox olur?
- Peşəmi sevdiyim üçün bundan bezdiyimi deyə bilmərəm. Bəzi hallarda birlikdə çalışdığın insanlar bezdirici ola bilər, bəzən də işlədiyin şirkətin rəhbəri səni anlamaya bilər. İşini sevən insan üçün bu bəhanə ola bilməz.

- Hərəkətli xəbər janrını siz efirə gətirmisiniz. Buna görə sizi çox qınayan olub?
- Hər bir yeniliyi biz insanlar çətin qəbul edirik, asanlıqla həzm edə bilmirik. O cümlədən tamaşaçılar da belədir. Monoton xəbərlərə öyrəşən tamaşaçı birdən-birə efirdə tamam fərqli, jestlər və mimika ilə məlumat verən xəbər aparıcısı görürlər və reaksiyanı özünüz təsəvvür edin.

- Necə oldu?
- Yəqin ki, əksəriyyəti "Bu kimdir? Bu nə xəbərlərdir?" deyib. Lakin sonradan aradakı fərqi hiss edən tamaşaçı bizim xəbərlərə rəğbətlə yanaşmağa başladı. Bu reytinqlərdə də hiss olunurdu. Digər kanalların xəbər verilişləri də öz üslubunu dəyişməyə başladı. Çünki tamaşaçıya onun istədiyi xəbərləri çatdırmaq lazımdır.

- İndiyə qədər qəlbinizi ağrıdan səhvləriniz var?
- Hər bir insanın həyatında sonradan peşman olduğu səhvləri olur. Bu cür səhvlər məndə də çox olub. Təəssüf ki, onların heç birini bərpa etmək mümkün deyil. Sonrakı peşmanlıq fayda verməz. Buna görə də keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır.

"Xarici ölkələrdən fərqli olaraq, bizim televiziyalarda xüsusən də tv aparıcıları az maaş alır"

- Tv sahəsində nədən gileylənirsiniz və nə sizi ciddi narahat edir?
- Xarici ölkələrdən fərqli olaraq, bizim televiziyalarda xüsusən də tv aparıcıları az maaş alır. Belə olanda isə özlərinə başqa gəlir mənbəyi axtarırlar. Tədbirlərə gedir, toy aparıcılığı edirlər, səsləri imkan verirsə, reklamları səsləndirirlər, xarici görkəmləri yaxşıdırsa, reklamlara dəvət alırlar. Yəni, hər kəs ailəsini dolandırmaq üçün yollar axtarır. Buna görə də, özünü bütünlüklə işinə həsr edə bilmir. Dolayısı ilə inkişaf edə bilmir. Bax bu, bizim televiziyalarda ciddi və narahat edici problemdir. Xaricdə isə tamam fərqlidir. Aparıcılar çox yaxşı məvacib alırlar. Başqa işə ehtiyac duymadıqları üçün öz üzərində işləyib inkişaf edirlər. Bizdə Larri Kinq, Hal Fishman, Con Stuart və.s kimi aparıcılar çox azdır, yox dərəcəsindədir. Məni bir aparıcı kimi ən çox bu narahat edir.

- Efirdə və həyatda çıxılmaz vəziyyətə düşəndə ilk olaraq nə edirsiniz?
- Efirdə adətən hər hansı səhv gedəndə, problem yarananda çıxılmaz vəziyyətə düşürəm. Bu, məndən asılı olan ancaq bir çox hallarda məndən asılı olmayan səhvlər olur. Bu zaman ya gülümsəyərək bu səhvi düzəldirdim, ya da ki, zarafat edərək tamaşaçının fikrini bundan yayındırırdım. Həyatda isə tamam fərqlidir və vəziyyətdən çıxış yolu tapmaq daha çətindir.

- Gözünüzün qabağından getməyən hansısa hadisə var?
- Gözümün qarşısından getməyən bir çox hadisə var. Xüsusən də mənə yaxın insanların itkisi daha çox təsir edir. Jurnalist fəaliyyətimə təzə başlayanda işimlə bağlı bir hadisə baş vermişdi. O zaman ANS telekanalında işə yenicə düzəlmişdim. "İç xəbər" verilişində stajçı müxbir idim. Yeni olduğum üçün çəkilişə çıxmamışdım. Gecə saatlarında indiki Koroğlu metrosu yaxınlığında çox ağır qəza baş vermişdi. İlk dəfə çəkilişə məni ora göndərdilər. İlk çəkilişimi qəza xəbəri ilə başladım. Hadisə yerinə polisdən sonra biz çatmışdıq. Gördüyüm mənzərə hələ də gözümün qabağındadır. Ölənlər və yaralananlar var idi. Dəhşətli mənzərə idi, həmin gecəni səhərə qədər yata bilmədim.

- Mən təəssüf edirəm ki... Bu fikri necə tamamlamaq istərdiniz?
- Mən təəssüf edirəm ki, hələ indiyə qədər tamaşaçını ürəkdən sevindirəcək bir xəbəri efirdən deməmişəm. Ümid edirəm ki, nə vaxtsa baş verəcək və bunun hansı xəbər olduğunu bilirəm. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması xəbəri...

- Jurnalistlərin iş yerini dəyişməsi niyə birmənalı qarşılanmır?
- Bunun səbəbini mən də anlamıram. Başqa ölkələrdə bu kimi hallar çox normal qarşılanır. Burda isə iş yerini dəyişəndə min söz danışırlar. Hətta öz ərizənlə işdən çıxanda da, hansısa səhvə görə, kimə görəsə işdən qovulduğum kimi məntiqsiz xəbərlər yazıldı. Ancaq işdən çıxırsa, deməli, özünə daha yaxşı iş tapıb və ya planında daha yaxşı işlər qurmağı planlaşdırır.

""Xəzər Xəbər"-in reytinqindən xəbərim yoxdur"

- Deməli, sizin işdən çıxmağınızın əsas səbəbi budur.
- Bəli, daha yaxşı həyat naminə. Və bunu normal qarşılamaq lazımdır.

- Xəzər Tv-də işləyəndə apardığınız verilişin reytinqi çox yüksək idi. Sizcə, gedişiniz reytinqin düşməsinə səbəb olub?
- Aylarla, illərlə yığılan reytinq birdən-birə düşmür. Əgər tamaşaçılar xəbərlərə mənə görə, baxırdılarsa, reytinqdə fərq hiss olunacaq. Bunun üçün vaxt lazımdır. Düzü, "Xəzər Xəbər"-in reytinqindən xəbərim yoxdur. Gərək bir baxım. (Gülürük)

- Evlilik sevgini öldürürsə, bu kişinin, yoxsa qadının günahıdır?
- Məncə, evlilik sevgini öldürmür. Sevgi bir növ başqa bir mərhələyə keçir. Evlilik müəyyən problemləri artırır. Uşaq olandan sonra bu problemlər daha da çoxalır. Beləliklə baş qarışır, sevgi ikinci plana keçir. Ancaq hərdən sevgi haqqında düşünmək lazımdır, əks halda onu itirə bilərsiniz.

- Sevib ailə quranların, yoxsa valideyn məsləhəti ilə evlənənlərin bəxti gətirir?
- Hər iki variantda xoşbəxt də, bədbəxt də olmaq olar. Sevib ailə quran, amma dağılan ailələr az deyil. Başqa bir tanışım var, baxmayaraq ki, valideynlərinin məsləhəti ilə ailə qurub, çox xoşbəxtdir. Yəni, taledir və bunu əvvəlcədən müəyyən etmək olmur.

- Siz özünüz sevib ailə qurmusunuz?
- Bəli, sevib ailə qurmuşam.

- Qadının ən xoşbəxt günü ana olduğu gün hesab olunur. Bəs bir kişinin həyatında ən xoşbəxt gün hansıdır?
- Elə kişinin də! Bundan gözəl nə ol bilər? Hər bir valideyn övladı üçün çalışır. Onlar xoşbəxt olanda, valideyn də xoşbəxt olur. Hər kəsə bu hissi yaşamağı arzu edirəm. Valideyn olmaq gözəl hissdir.
Aparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTOAparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTOAparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTOAparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTOAparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTOAparıcı Anar Nəcəfli: "Həyat yoldaşım bunu həmişə mənə irad tutur" - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7251   Tarix: 12 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb

Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. Qaynarinfo xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarında

16.12.2025 359
.

Musiqi dinləyərək yatmayın - Alimlər XƏBƏRDARLIQ etdi

Yuxu zamanı televizor, podkast, musiqi və ya "ağ səs" kimi arxa plan səslərindən istifadə geniş yayılıb. xəbər verir ki, elmi araşdırmalar bu vərdişin hər zaman zərərsiz olmadığını göstərir. Neyroelm mütəxəssisləri bildirirlər ki, səsli mühitdə yatmaq beynin tam sakitləşməsinə mane olur, dəri

14.12.2025 423
.

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər. xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb

07.12.2025 282
.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 519
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 670
.

Boşandılar… - Teatrdan da getdi

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi

14.12.2025 770
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1143
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 322
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 255
.

TOP MP3